ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına yekun vurulub
4-18 oktyabr tarixində Bakıda onlayn formatda keçirilən III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı sona çatıb. Mərasimdə çıxış edən Mədəniyyət
Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri
Rüfət Həsənov
animasiya filmlərinin maliyyələşdirilməsi istiqamətində
problemlərin həll
edilməsi üçün
tez bir zamanda
yeni mexanizmlərin işlənib tətbiq ediləcəyini vurğulayıb.
Bağlanış mərasimində Avropa
İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin
rəhbəri, səfir
Kestutis Yankauskas, Fransız İnstitutunun direktoru Jerom Kel və Azərbaycan
Kinematoqrafçılar İttifaqının
Kino məktəbinin rəhbəri,
festivalın beynəlxalq
münsiflər heyətinin
üzvü Oleq Səfərəliyev yerli kateqoriyalar üzrə qalibləri elan ediblər.
“Ən yaxşı
tammetrajlı animasiya filmi” – Qran-pri mükafatını “Burun və ya Maveriklərin
sui-qəsdi” (rejissor Andrey Xrjanovski, Rusiya), “Ən yaxşı qısametrajlı
animasiya filmi” – Qran-pri mükafatını
“Sororal” (rejissorlar Frederik İven və Luis Merkadier, Fransa) qazanıb. “Uşaqlar üçün
ən yaxşı qısametrajlı animasiya filmi” üzrə “Reven of Nissen” (rejissorlar Yaprak Morali və Are Austnesin, Norveç), “Uşaqlar tərəfindən
çəkilmiş ən
yaxşı animasiya filmi” üzrə “Müqəddəs Savanın
taxtı” (Jakov Popov, Serbiya), “Ən yaxşı qısametrajlı
eksperimental və ya abstrakt animasiya
filmi” üzrə isə “Misketlər”
(Natalya Spixala, Polşa)
filmləri mükafata
layiq görülüb.
“Ən yaxşı qısametrajlı tələbə
animasiya filmi” nominasiyasında 2 film qalib
elan edilib: “Tozlu dəniz” (rejissor Helos Ferley, Fransa) və “Yerlər” (Nora Ştrbova, Çexiya).
Bundan əlavə,
“Ən yaxşı televiziya və ya internet animasiya serialı” üzrə “Fərqli canavar” (İra Elsbanski, Rusiya), “Ən yaxşı musiqili animasiya videosu” nominasiyası üzrə
“Tənbəl əjdaha”
(Fokion Ksenoks və Joan Zhonga, Yunanıstan) mükafata
sahib olub. “Ən
yaxşı qısametrajlı
animasiya filmi ssenarisi” üzrə Qran-prini “Gəmi üçün körpülər”
(Robertas Nevetska, Litva) qazanıb.
Festivalda
Azərbaycanın mükafat
qazanan adları isə bunlardır: “Ən yaxşı qısametrajlı Azərbaycan
animasiya filmi” nominasiyasında “Quzğun”
(rejissor Fidan Axundova), “Ən yaxşı tələbə
qısametrajlı Azərbaycan
animasiya filmi” üzrə “Qar kürəsi” (Sevinc Quliyeva) və “İlan və kəndli” (Ayaz Xalıqov) filmləri.
“Qısa animasiya
filmi üçün
ən yaxşı Azərbaycan ssenarisi” və “Qısa uşaq animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi” kateqoriyaları üzrə
isə “Rəngsiz” (Şəbnəm Həsənəlizadə)
qalib olub.
Ssenari üzrə
beynəlxalq münsiflər
heyətinin xüsusi mükafatına Orxan Behbudun “İP” ssenarisi layiq görülüb.
Azərbaycan animasiyasına verdiyi töhfəyə görə III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının “Qızıl qayıq” mükafatı rejissor Hafiz Əkbərova təqdim olunub.
Bağlanış mərasiminin sonunda ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təsisçisi Rəşid Ağamalıyev layihənin ərsəyə gəlməsində dəstəyi olan hər kəsə, xüsusilə Azərbaycan Mədəniyyət Nazirliyinə, Azərbaycan Kinematoqrafçılar İttifaqına, Çex Respublikasının ölkəmizdəki səfirliyinə, Fransanın Bakıdakı səfirliyinə, Azərbaycandakı Fransız İnstitutuna, “Annecy” Beynəlxalq Animasiya Film Festivalına, Aİ-nin Azərbaycandakı nümayəndəliyinə, festivala dəstək verən qurum və şirkətlərə təşəkkürünü bildirib.
LALƏ
Mədəniyyət.- 2020.- 22
oktyabr.- S.1;5.