Axşama doğru

 

Teymur Hacıyevin filmi Parisdə nümayiş olunur

 

ParisdəkiCinemathequekinoteatrında Kann Film Festivalının 59-cu “Tənqid həftəsi”nin (la Semaine de la Critique) qısametrajlı filmləri sırasında azərbaycanlı rejissor Teymur HacıyevinAxşama doğruadlı ekran əsərinin təqdimatı olub.

 

Film fransız kinosevərlər tərəfindən maraqla qarşılanıb. Semaine de la Critique 2020” etiketindən faydalanmaq hüququ qazanan 10 qısametrajlı ekran əsərindən nümayiş olunan ilk 5 film arasında azərbaycanlı rejissorun filmi yayımlanıb. Ekran əsərinin ictimaiyyətə nümayişi oktyabrın 25-dək davam edəcək.

 

Qeyd edək ki, Kann festivalınınTənqid həftəsifiziki olaraq baş tutmasa da, digər seksiyalar yeni istedadları aşkarlamaq onları, eləcə kino sənayesini dəstəkləmək fəaliyyətini davam etdirib.

 

COVİD-19 pandemiyası səbəbindən xüsusi müşayiət proqramı ilə başlayanTənqid həftəsi”ndə 10 qısametrajlı film “Semaine de la Critique 2020” etiketindən faydalanmaq imkanı əldə edib.

 

Xatırladaq ki, T.Hacıyevin prodüseri olduğuAyrılıqda” (“Torn” ) filmi 2014-cü ildə Kann festivalınınRejissor ikihəftəliyiproqramına daxil edilmişdi.

 

Bakı Dövlət Universitetində iqtisadi kibernetika üzrə bakalavr təhsili alanVest Texas A&M Universitetində MBA dərəcəsinə yiyələnmiş T.Hacıyev 2013-cü ildə “FİL production” şirkətini təsis edib. Həmin il çəkdiyi “Yara” adlı ilk qısametrajlı filmi ABŞ-daPalm Springs Short Fest” qısametrajlı film festivalında nümayiş olunub. 2015-ci ildə çəkdiyi “Şanxay, Bakı” qısametrajlı filmi Finlandiyada Tampere Film Festivalında nümayiş olunub. RejissorunDuz, istiot zövqə görə” filmi isə Rotterdam Beynəlxalq Film Festivalında (Niderland) təqdim edilib.

 

Mədəniyyət.- 2020.- 22 oktyabr.- S.8.