“Əsgərə məktub” onlayn layihəsi

 

 

Döyüşlərdə iştirak edən hərbi qulluqçuların döyüş əzminin daha da artırılması məqsədilə Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat tədbirləri davam etdirilir.

 

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, bu tədbirlər çərçivəsində “Əsgərə məktub” layihəsi də davam edir. Ordumuza dəstək olan vətəndaşlarımızın döyüşlərdə iştirak edən şəxsi heyətə ünvanladıqları məktublar hərbi qulluqçularımızda xoş təəssürat yaradır və onlar tərəfindən sevinclə qarşılanır.

 

Böyük ruh yüksəkliyinə səbəb olan məktublar təbliğat və təşviqat qrupu tərəfindən sutkanın 24 saatı ərzində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşən hərbi qulluqçularımıza çatdırılır.

 

Bundan əlavə, “Əsgərə məktub” onlayn layihəsi də fəaliyyət göstərir. Layihəyə qoşulmaq üçün www.veten-ugrunda.az saytına daxil olaraq onlayn məktub yaza bilərsiniz.

 

Mədəniyyət.- 2020.- 22 oktyabr.- S.4.