“Kəlmələrin bitdiyi
yerdəyik”
Məşhur türkiyəli aktrisa Bergüzar Korel də işğalçı Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi terrora münasibətini özünün sosial şəbəkə səhifəsində açıqlayıb.
Sənətçi baş
verənləri vəhşilik adlandıraraq yazıb: “Heç mərhəmət etmədən məsum,
günahsız insanları, balaca
uşaqları öldürmək... Bütün
həyatlarını, xatirələrini, xəyallarını,
gələcəyini o torpağın
altına basdırmaq... Kəlmələrin bitdiyi
yerdəyik. Allahım, bu günahsız
insanların səslərini eşit... Qəlbim
Azərbaycanın, Gəncənin, günahsız mülki şəxslərin və
uşaqların yanındadır”.
Mədəniyyət.- 2020.- 22
oktyabr.- S.8.