Bizsülh istəyirik, lakin biz öz qanuni ərazilərimizi də istəyirik”

 

 

Biz qarşıdurmaya son qoymaqnizamlama yollarını tapmaq üçün Moskvadaya hər hansı başqa bir yerdə görüşməyə həmişə hazırıq. Bizsülh istəyirik, lakin Ermənistandan fərqli olaraq, biz öz qanuni ərazilərimizi də istəyirik.

 

Prezident İlham Əliyev bu sözləri Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində bildirib.

 

Dövlət başçısı qeyd edib ki, Rusiya münaqişənin nizamlanmasında həmişə mühüm rol oynayıb, bunun üçün həm tarixi, həm də coğrafi xarakterli obyektiv səbəblər var: “Səbəblərdən biribudur ki, Rusiya onilliklər boyu bizim regionda aktiv fəaliyyət göstərir və qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Buna görə də biz hər cür əlaqəyə hazırıq, yeri gəlmişkən, Xarici İşlər nazirlərinin görüşünün təşkil olunması barədə təklif gələn kimi biz dərhal razılaşdıq. Bu da bizim mövqeyimizin göstəricisidir. Axı, o vaxt Azərbaycan Ordusu strateji ərazilərin bir hissəsini artıq uğurla azad etmişdibu, münaqişənin təqribən on gündən çox davam etdiyi vaxt baş vermişdi. Döyüş əməliyyatlarının sonrakı gedişatını təxmin etmək, yəqin ki, çox çətin deyildi. Lakin buna baxmayaraq, biz vaxtı uzatmadıq və ya imtina etmədik”.

 

Prezident vurğulayıb ki, hazırda Azərbaycanın hərbi müstəvidə tam üstünlüyünə baxmayaraq, kompromis paketin bir hissəsi olaraq konstruktiv addımlara da hazırdır: “Bizim mövqeyimiz həmişə çox konstruktiv olub və həmişə demişik ki, bəli, biz anlayırıq, insanlar arasında əlaqə olmalıdır və Laçın dəhlizi baza prinsiplərinin tərkib hissəsidir. Bununla bərabər, axı baza prinsiplərində yazılıb ki, təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyalar açılır. Erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdim etməli idi”.

 

Baza prinsiplərində Ermənistanla Azərbaycan arasında sərhəddə kommunikasiyaların açılmasının da nəzərdə tutulduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, indiki halda əsas məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Bizim tərəfdən bu iradə var: “Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə biz, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırıq”.

 

 

Mədəniyyət.- 2020.- 22 oktyabr.- S.1;2.