Vətən savaşı üçün
mahnılar
Türkiyənin tanınmış müğənni-bəstəkarı Sinan Akçıl Azərbaycan Ordusuna mahnı bəstələyib. Sənətçi bu barədə özünün “İnstagram” hesabında bildirib.
“Daima yaşa, Azərbaycan” adlı mahnının sözləri və musiqisi Sinan Akçıla aiddir.
Bəstəkar deyib: “Bu mahnı cəbhədəki Azərbaycan əsgərlərinə həsr olunub. “Qarabağ Azərbaycandır” deyən hər kəsi mahnıya qulaq asmağa və fikrini bildirməyə çağırıram, gəlin gücümüzü göstərək. Bütün dünya səsimizi eşitsin. Allah izin versə, bu mahnını yaxın zamanda Qarabağda ifa edəcəyəm”.
Azərbaycanlı müğənni Səidə Quliyeva ilə duet şəklində ifa edilən mahnıya hazırlanmış klip sosial mediada təqdim edilib.
Türkiyənin məşhur saz ifaçısı, müğənni Əsəd Kabaklı da Qarabağda davam edən Vətən savaşı üçün mahnı ifa edib. Mahnının sözləri İntiqam Yaşar, musiqisi isə Əziz Əlibəyliyə məxsusdur.
Mədəniyyət.- 2020.- 28
oktyabr.- S.8.