“Euronews”un
çəkiliş qrupu atəşə
tutulub
Azərbaycanın işğaldan azad
edilmiş Talış
və Suqovuşan kəndlərində peşəkar
jurnalist fəaliyyətini
həyata keçirən
“Euronews”un çəkiliş qrupunun
və onların istifadə etdiyi nəqliyyat vasitəsinin Ermənistan silahlı qüvvələri tərəfindən
kornet tipli tank əleyhinə raketlə atəşə tutulmasını
kəskin şəkildə
pisləyirik.
Bunu Prezidentin
köməkçisi – Prezident
Administrasiyasının Xarici
siyasət məsələləri
şöbəsinin müdiri
Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev qeyd edib ki, xoşbəxtlikdən
raket hədəfdən
yayınıb, çəkiliş
qrupu xəsarət almayıb. Nəqliyyat vasitəsinə qəlpələrlə
zərər dəyib:
“Üzərində “Euronews”un
uzaq məsafədən
seçilən fərqləndirici
nişanı olan nəqliyyat vasitəsinə
tank əleyhinə idarəolunan
raket vasitəsilə hücum hədəfli və məqsədyönlü
xarakter daşıyıb”.
Qeyd edək ki, “Euronews”un reportajında
da raketin hərəkətdə olan
nəqliyyat vasitəsinin
üzərindən yaxın
məsafədən keçdiyi
aydın şəkildə
(https://vimeo.com/472347741) görünür.
Bundan əvvəl
Azərbaycan media nümayəndələri
də Ermənistan silahlı qüvvələri
tərəfindən atəşə
tutulub, jurnalistlər arasında yaralananlar olub.
Azərbaycan tərəfdən hərbi
əməliyyatlar barədə
reportajlar hazırlayan
beynəlxalq media nümayəndələrinə
qarşı erməni
dairələri tərəfindən
şantajlar və təhdidlər olduğunu
deyən H.Hacıyev Fransanın TF1 telekanalının
əməkdaşının üzləşdiyi basqıları
misal gətirib.
Prezidentin köməkçisi diqqətə
çatdırıb ki, hazırda Azərbaycanda
70-dən artıq beynəlxalq media
nümayəndəsi var və cəbhədəki
əməliyyat şəraitinə uyğun
olaraq onların peşəkar fəaliyyətini
həyata keçirməsinə imkan
yaradılır.
Mədəniyyət.- 2020.- 28
oktyabr.- S.2.