Musiqili Teatr da “Əsgərə məktub” layihəsinə
qoşulub
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı “Əsgərə məktub” layihəsinə qoşulub. Teatrın əməkdaşları Vətən torpaqlarının azadlığı uğrunda mübarizədə Ordumuzun döyüş əzminin daha da artırılması məqsədilə təşkil olunan bu kampaniyada fəal iştirak edirlər.
Hər kəs əsgərlərimizə ünvanlanan məktublarda öz hisslərini, sevgisini ifadə etməyə çalışır.
Bu barədə məlumat verən teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev qeyd edib ki, “Əsgərə məktub” layihəsi xalqımızın hər bir fərdinin müzəffər Ordumuzla birlikdə olduğunu nümayiş etdirir.
Teatrın kollektivinin
Silahlı Qüvvələrə Yardım Fonduna
15 min manat məbləğində
pul vəsaiti ianə etdiyini
də bildirən direktor deyib:
“Tanrı əsgərlərimizi və Ali Baş Komandanımızı qorusun!
Musiqili Teatrın kollektivi
Ali Baş Komandana inanır, əsgərlərimizlə qürur duyur. Qələbə
günü uzaqda deyil!”.
Mədəniyyət.- 2020.- 28
oktyabr.- S.3.