Gənc bəstəkarın “Xocalıya”
əsəri rəqəmsal platformada
Türkiyədə yaşayan soydaşımız – gənc bəstəkar, pianoçu, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadənin “Xocalıya” əsəri rəqəmsal platformada təqdim olunub. Əsər müəllifin bacısı – Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə tərəfindən ifa edilib.
Bu barədə məlumat
verən Turan Manafzadə deyib:
“Bu əsər artıq beş
ildir yazılıb və dünyanın bir çox ölkəsində
səsləndirilib. Əsər bütün
ailə üzvlərimiz tərəfindən fərqli formalarda ifa olunub. Bizdən başqa, xarici ölkələrdə digər
musiqiçilər, pianoçular da əsəri ifa ediblər.
Mən də əsərin pianoda
ifasını və dirijorluğunu
etmişəm. Lakin rəqəmsal platformalarda ilk dəfə
təqdim olunur. Artıq istəyən hər bir kəs əsəri
professional formatda dinləyə
bilər. Əsas məqsəd əsəri
daha çox dinləyici auditoriyasına
çatdırmaqdır. Biz ailə üzvlərimizlə
birlikdə Azərbaycanı,
Azərbaycan musiqisini dünyada tanıtmağa çalışırıq və
bununla da qürur duyuruq”.
Qeyd edək ki,
Abuzər və Turan Manafzadələr Azərbaycanın
Əməkdar artisti, görkəmli pianoçu İslam Manafovun övladlarıdır.
Mədəniyyət.- 2020.- 28
oktyabr.- S.3.