Yerlərdə mədəni həyat davam edir
Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanası
Uşaq şöbəsinin
oxu zalında pandemiya şəraitinə
uyğun olaraq ara məsafəsi
saxlanılmaqla “Ordumuz
– qürurumuz” adlı
tədbir keçirilib.
Uşaq
şöbəsinin baş
kitabxanaçısı Nazilə
Əsədullayeva, kitabxananın
əməkdaşı Gülnarə
Fərzəliyeva çıxış
edərək bildiriblər
ki, Ordumuz bütün cəbhə boyu işğalçı
qüvvələrə sarsıdıcı
zərbələr endirərək
Vətən torpağını
azad edir, əsgərlərimiz döyüşlərdə
rəşadət göstərirlər.
Fəal oxuculardan Zəhra Fərzəliyeva, Məhəmməd
Əliyev, Anar Əsədullayev, Ayna Mirzəbəyova və başqaları Vətən
və qəhrəman əsgərlərimiz haqqında
şeirlər söyləyiblər.
Quba
rayon Mərkəzi kitabxanasının
oxu zalında “Vətənpərvərlik Vətənə
xidmətin ali
zirvəsidir” adlı maarifləndirici tədbir keçirilib. Şəhidlərimizin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad olunub. Oxuculara xidmət şöbəsinin
müdiri Mehriban Gəbəybəyova bildirib
ki, Ordumuzun göstərdiyi qəhrəmanlıq
bizdə qələbə
sevincinin yaxınlaşmasına
böyük inam yaradır.
Qarabağ müharibəsi veteranı, keçmiş tabor komandiri, ehtiyatda olan zabit, publisist Kərim Dünyamalı qeyd edib ki, şanlı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızı düşməndən azad edərək üçrəngli bayrağımızı doğma yurd yerlərində dalğalandırır.
Kitabxananın əməkdaşı Talehə Dəmirovanın “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı məruzəsi dinlənilib. Sonda “Doğma Qarabağ” adlı sərgiyə baxış olub.
***
İsmayıllı Regional Mədəniyyət İdarəsi İsmayıllı rayon MKS Türkiyənin Mersin şəhərində videokonfrans formatında keçirilən beynəlxalq simpoziumda təmsil olunub. Konfransa Tatarıstan (Rusiya), Özbəkistan, Qazaxıstan, Pakistan, İsveçrə və digər ölkələrdən nümayəndələr qatılıb.
MKS-nin direktoru Könül Baxışova məruzəsində Azərbaycan-Türkiyə qardaşlığına diqqət çəkərək “iki dövlət bir millət” anlayışından söz açıb. Azərbaycan üçün tarixi və taleyüklü əhəmiyyət kəsb edən bu günlərdə Türkiyədən göstərilən mənəvi dəstəyin önəmi vurğulanıb.
N.MƏMMƏDLİ
Mədəniyyət.- 2020.- 28
oktyabr.- S.3.