Bu torpaqda doğulmuşdu...

 

“Azərbaycanın igid oğlu – əsgər Solntsev Dmitri Aleksandroviç torpaqlarımızın Ermənistan işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olub”.

 

Bu sözləri “Twitter” hesabında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb. “25 yaşında idi. Etnik rus kimi çoxmədəniyyətli Azərbaycanın qürurlu vətəndaşı idi. Ruhun şad olsun, əziz Dmitri! Allah rəhmət eləsin!”, – deyə H.Hacıyev bildirib.

 

Oktyabrın 26-da Dmitri Solntsevlə vida mərasimi keçirilib. Mərasim paytaxtın Nəsimi rayonunda, şəhidin evinin önündə təşkil edilib. Mərasimə rəsmilər, millət vəkilləri, ictimaiyyət nümayəndələri qatılıb. Azərbaycan Rus İcmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və başqaları çıxış ediblər.

 

Sonra hərbçinin cənazəsi Müqəddəs Jen-Mironosits Rus-Pravoslav kilsəsinə aparılıb. Kilsədə dini ayin keçirilib, dualar oxunub.

 

Doğulduğu Azərbaycan torpaqlarının azadlığı uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun hərbçisi Dmitri Solntsev son mənzilə yola salınıb.

 

Mədəniyyət.- 2020.- 28 oktyabr.- S.4.