Şuşa qalası

 

 

 

Şuşa qalası Azərbaycanın qədim tarix  mədəniyyət mərkəzi Şuşa şəhərini əhatə edən qala divarlarıdır. Qarabağ xanı Pənahəli xan Bayat qalası və Şahbulaq qalasının əlverişsiz coğrafi mövqeyini nəzərə alaraq 1753-cü ildə tarixi Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və xanlığın mərkəzi bura köçürülür.

 

Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qalanın üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir. Qala yaxınlığında qalanı xarici aləmlə əlaqələndirən yüksək memarlıq keyfiyyətləri olan körpüinşa edilib ki, bu körpüQala körpüsü kimi tanınır.

 

Mədəniyyət.- 2020.- 28 oktyabr.- S.4