Xudafərin körpüləri (Cəbrayıl)
Cəbrayıl rayonunun ərazisində Araz çayının şimal və cənub sahillərini birləşdirən Xudafərin körpüləri həm də tariximizin simvolik abidələridir. 11 tağlı körpü XI-XII əsrlərdə, 15 tağlı körpü isə XIII əsrdə inşa olunub. Xudafərin körpüləri Azərbaycan memarlarının müstəsna mühəndislik bacarığının ən gözəl nümunələrindən sayılır.
On bir tağlı körpünün uzunluğu 130 metrə yaxın, eni 6 metrdir. Hazırda üç orta tağı salamat qalıb. On beş tağlı Xudafərin körpüsünün tağlarının dayaqları təbii özüllər - qayalar üzərində ucaldığından aşırımlar müxtəlifölçülü və sərbəst düzümlüdür. Bişmiş kərpic və çay daşlarından tikilmiş körpünün uzunluğu 200 metrə yaxın, eni 4, 5 metr, çay səviyyəsindən ən böyük hündürlüyü 12 metrdir.
1993-cü ilin
oktyabrından Ermənistanın işğalı altında qalan Xudafərin körpüləri 27 il sonra azad
edildi, oktyabrın 18-də körpü
üzərinə Azərbaycan bayrağı sancıldı.
Mədəniyyət.- 2020.- 28
oktyabr.- S.4.