Arzularımızı reallaşdıran oğullara salam olsun

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Fikrət Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbinin müəllim şagirdləri müzəffər Ordumuza məktub ünvanlayıb.

 

İdarədən bildirilib ki, məktubda kollektivin əsgərlərimizə sonsuz güvən bəslədiyi, onların hər birini ailələrinin bir üzvü kimi qəbul etdiyini qeyd ediblər. Vətəni sonsuz sevgi sədaqətlə sevən əsgərlərimizlə qürur duyduqlarını vurğulayıblar.

 

Cənnət Qarabağımızın hər guşəsində üçrəngli bayrağımızın dalğalanmasını görmək hər birimizin arzusudur. Bu arzumuzu reallaşdıran mərd Vətən oğullarımız bu gün şagirdlərimizə örnəkdir”, - deyə məktubda qeyd olunub.

 

Şagirdlər öz qəhrəmanlarına ürək sözlərini al-əlvan dünyalarının rənglərinə boyanmış fırçaları ilə çatdırıblar. Əsgərlərimizə göndərdikləri rəsmlərdə qələbə xəbəri ilə qayıdacaq əsgərlərimizi qarşılamağa səbirsizliklə can atdıqlarını, onlarla görüşə tələsdiklərini ifadə ediblər.

 

 

Mədəniyyət.- 2020.- 28 oktyabr.- S.6.