Qloballaşma və müasir
dünya teatrı
Bakı
Xoreoqrafiya Akademiyasında
(BXA) Əməkdar incəsənət
xadimi, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, professor Rafik Sadıxovun və kulturologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Əliyevanın həmmüəllifliyi
ilə hazırlanan “Qloballaşma və müasir dünya teatrı (və ya teatr eskizləri)”
adlı dərs vəsaiti çapdan çıxıb.
BXA-dan bildirilib ki, nəşrdə müasir Avropa və Şərq teatrlarının inteqrasiya
prosesi zəngin teatr faktları ilə təhlilə çəkilir. Burada XXI əsrdə ənənəvi
Şərq teatrı müasir Hindistan və Yaponiya teatrları nümunəsində
təhlil olunur. Dərs vəsaitində müasir Rusiya teatrının, Ukrayna, Belarus, Estoniya, Latviya və Litva teatrlarının yaradıcılıq yoluna
nəzər yetirilir.
Bununla yanaşı, dünyəvi
teatr prosesindən bəhrələnmə, rejissor
və aktyor sənətlərində yeni
yaradıcılıq üslubları,
qarşılıqlı zənginləşmə
prosesi, sənətdə
fərdi və fərqli baxışlar, ənənə və novatorluq məsələləri
öz əksini tapır.
Dərs vəsaiti tərtib edilərkən bu sahədə yazılmış
müxtəlif xalqların
elmi-nəzəri, tədqiqat
işlərinə, tarixi
mənbələrə müraciət
edilib.
Nəşrdə teatral proseslər müasir zamana qədər izlənilir. Bu iş
tələbələrə müxtəlif xalqların
teatrlarında gedən
yaradıcılıq prosesini
izləməyə imkan
verir və Azərbaycan teatrı ilə müqayisəyə
şərait yaradır.
Vəsaitdə Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
tədqiqatları ilə
səsləşən cəhətlər
də mövcuddur.
Bu isə hər iki ali məktəbin teatrşünas
kadrlarının tədris
təminatına, yeni dərs vəsaitlərinin
yazılmasına kömək
edə bilər.
Mədəniyyət.- 2020.- 28
oktyabr.- S.7.