“Qarabağın məşhur müəllimləri” – Həmidə xanım Cavanşir

 

 

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir. Layihə çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin növbəti tarixi siması Həmidə xanım Cavanşir-Məmmədquluzadədir.

 

Həmidə xanım 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı Əhməd bəyin ailəsində dünyaya gəlib. Azərbaycanın ilk maarifçi qadınlarından biridir,  Cəlil Məmmədquluzadənin həyat yoldaşı olub.

 

Tarix Həmidə xanım Cavanşiri böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Həmidə xanım 1912-ci ildə Kəhrizlidə öz vəsaiti hesabına məktəb açıb və özüburada dərs deyib. O, xatirələrində yazırdı ki, kənddə oğlanlarla qızların bir yerdə oxuduğu məktəb açmaq atamın mənə vəsiyyəti idi.

 

Mədəniyyət.- 2020.- 28 oktyabr.- S.7.