Musiqi mədəniyyətimizə
qarşı erməni iddiaları
“Mədəni Əlaqələrin İnkişafına Dəstək” (MƏİDİB) İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin maliyyə yardımı ilə “Azərbaycan musiqisinə qarşı aparılan işğalçılıq siyasətinə dair” adlı beynəlxalq konfrans-konsert layihəsinin icrasına başlayıb.
Mənfur düşmənlərimiz zaman-zaman xalqımızın zəngin mədəniyyət sahəsi olan musiqimizə də göz dikmişlər. Mahnılarımızın erməni musiqisi adı altında təqdim olunması Azərbaycan ictimaiyyətini ciddi şəkildə narahat edir. Layihənin əsas məqsədi də Ermənistanın Azərbaycan musiqi mədəniyyətinə qarşı təcavüzünü diqqətə çatdırmaq, bu mövzunu bir daha peşəkarların dilindən ictimailəşdirərək beynəlxalq müstəviyə çıxarmaqdır. Layihə üzrə təşkil olunacaq onlayn toplantıda bu mövzu ətrafında müzakirələr aparılacaq, ermənilər tərəfdən hədəf alınmış musiqi parçaları səslənəcək.
MƏİDİB-in sədri, layihə rəhbəri İlahə İsrafilovanın verdiyi məlumata görə, onlayn konfrans-konsertin 30 oktyabr tarixində “Zoom” proqramı vasitəsilə keçirilməsi planlaşdırılır.
Layihədə Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin
tədqiqi: Orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının alim heyəti, elm və musiqi xadimləri, tanınmış musiqişünaslar iştirak
edir.
Mədəniyyət.- 2020.- 28
oktyabr.- S.5.