Xilaskar ordunun şərəfinə

 

Tanınmış dizayner Gülnarə Xəlilova şanlı Azərbaycan Ordusunun Vətən torpaqlarını azad etməsi şərəfinə şifondan hazırlanmış şərf kolleksiyasını təqdim edib.

 

Bu barədə G.Xəlilova deyib: “Biz çox sevincli günlər yaşayırıq. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında möhkəm birləşmiş xalqımız və rəşadətli Ordumuz torpaqlarımızı erməni faşistlərindən azad edir. Azad edilmiş şəhər və kəndlər arasında mənim valideynlərim üçün doğma Cəbrayılın olmasını qeyd etmək fərəhlidir. Ötən gün isə növbəti xoş xəbər aldıq ki, Azərbaycan və İran sərhədi üzərində tam nəzarət bərqərar edilib. Qəhrəmanlarımıza eşq olsun! Allah şəhidlərimizə rəhmət eləsin!”.

 

Kolleksiyanın nümayişində Qarabağ müharibəsi qazisi, ikiqat Paralimpiya çempionu, Azərbaycan Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev, Xalq artisti Tünzalə Ağayeva, Əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov və başqaları iştirak ediblər.

 

Mədəniyyət.- 2020.- 28 oktyabr.- S.8.