Vətən müharibəsinin informasiya cinahı

 

 

Müasir dünyada informasiya texnologiyasının inkişafı ilə əlaqədar daha asantez əldə edilən informasiya dövlətin və cəmiyyətin özünü ifadə etmək baxımından ideal vasitə hesab edilir. Bu baxımdan hərbi əməliyyatlar dövründə beynəlxalq informasiya məkanının həqiqətlərə əsaslanan informasiyalarla təmin edilməsi ölkənin mövqelərinin müdafiə olunması baxımından xüsusi əhəmiyyətə malikdir.

 

Çünki müasir dövrdə sosial platformalar saxta, həqiqəti əks etdirməyən informasiyaların yayılması üçün genişimkanlar” açır. Bu səbəbdən informasiya qıtlığını arandan qaldırmaq, rəsmi və birinci mənbədən informasiyalarla yerlidünya ictimaiyyətini məlumatlandırmaq istiqamətində fəal səylər tələb olunur.

 

Sentyabrın 27-də erməni təxribatından sonra başlayan əks-hücum əməliyyatı da bir daha informasiya cəbhəsində qazanılan uğurun nə dərəcədə önəmli olduğunu deməyə əsas verir. Azərbaycan həm döyüş meydanında, həm də informasiya cəbhəsində düşmənin miflərini dağıdır və həqiqətin bərqərar olmasını təmin edir.

 

Azərbaycan bu günlər dünya mediasının əsas diqqət mərkəzində olan ölkələrdəndir. Hər gün Qarabağda aparılan hərbi əməliyyatlarla bağlı müxtəlif ölkələrin KİV-lərində məlumatlar verilir, eyni zamanda bir sıra ekspertlər, sosial şəbəkələrdə fəal olan insanlar bu platforma vasitəsilə insanlara müxtəlif informasiyalar təqdim edirlər. Bu halda düşmən də psixoloji təsir üsullarından istifadə etməklə əhali arasında ruh düşkünlüyü yaratmağa cəhdlər edir. Lakin bütün vasitələrlə düşmənin bu cür təxribatlarının qarşısı alınır.

 

Prezident İlham Əliyevin demək olar ki, hər gün dünyanın nüfuzlu KİV-lərinə şəxsən müsahibələr verməsi, onların suallarını dolğun şəkildə cavablandırması, Ermənistanın əsl niyyətinin nələrdən ibarət olduğunu faktlarla sübuta yetirməsi informasiya müharibəsində uğurlarımızı şərtləndirən amildir.

 

Hələ hərbi əməliyyatların başlamasından əvvəl Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində etdiyi çıxışları zamanı düşmənin son təxribatlarına diqqət çəkərək, onun yeni müharibəyə hazırlaşdığını dünya ictimaiyyətinin diqqətinə çatdırmışdı. Ermənistan yenə də sanki dünya ictimaiyyəti tərəfindən ona verilən “toxunulmazlıq” hüququndan istifadə edərək növbəti təxribata əl atdı. Amma bu dəfə cəhdi boşa çıxdı.

 

Düşmən hərbi əməliyyatların ilk günündən etibarən döyüş meydanında aldığı məğlubiyyətlərdən fikri yayındıraraq, xalqımızın iradəsini qırmaq üçün müxtəlif təxribatlara əl atır. Dinc sakinləri, cəbhə bölgəsindən uzaqda yerləşən şəhərləri raket atəşinə tutmaqla, həqiqəti əks etdirməyən informasiyalar yaymaqla əhali arasında qorxu, təşviş yaratmağa cəhd edirlər. Lakin düşmənin bu səyləri heç bir nəticə vermir. Bu məsələdə dövlətimizin başçısının xalqa müraciətləri xüsusi rol oynayır. Prezident İlham Əliyev cəmiyyətdə böyük etibarinam sahibidir. Bu müraciətlər zamanı səsləndirilən səmimi fikirlər, ordumuzun qarşısında duran vəzifələrlə bağlı açıqlamalar, hərbi əməliyyatların gedişatı ilə bağlı məlumatlar cəmiyyətdə qələbə əzmini daha da gücləndirir.

 

Bundan əlavə, digər müvafiq dövlət qurumlarının, xüsusən də Müdafiə Nazirliyinin ictimaiyyəti mütəmadi olaraq məlumatlandırması, düşmənə endirilən sarsıdıcı zərbələrə dair videogörüntülərin yayılması da düşmənin bütün təxribatlarına layiqli cavab olur. İnformasiya müharibəsində düşməni qabaqlayan Azərbaycan artıq beynəlxalq ictimaiyyətin də dəstəyini qazanmaqdadır. Bu uğur müxtəlif ölkələrin tanınmış siyasətçilərinin, ekspertlərin, beynəlxalq təsisatların fikirlərində də açıq-aşkar özünü göstərir.

 

Prezident İlham Əliyevin məsələlərə operativ müdaxiləsi və reaksiyası, qətiyyətli mövqeyi, hadisələri nəzarətə götürmək, vəziyyəti idarə etmək bacarığı sayəsində Azərbaycanın ədalətli mövqeyi beynəlxalq miqyasda da dəstəklənir. Hətta hərbi əməliyyatların ilk günləri açıq şəkildə Ermənistana dəstək göstərən bəzi ölkələr hazırda neytral mövqe sərgiləyirlər.

 

Avropa İttifaqının Gəncəyə raket hücumu ilə bağlı açıqlamasında Ermənistanın bu əməllərinin pislənməsi, ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçisonun keçirdiyi brifinqdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etməsi ölkəmizin güclü beynəlxalq mövqelərinin olmasından xəbər verir. Qonşu Rusiyaİran da Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiklərini ifadə edirlər. Almaniyadan, Böyük Britaniyadan, Rusiyadan, ABŞ-dan, Ukraynadan və digər ölkələrdən siyasətçilər, hərbi ekspertlər, jurnalistlər də açıqlamalarında Azərbaycanın ədalətin bərpası uğrunda müharibə apardığını qeyd edir, işğal altında olan bütün ərazilərin boşaldılmasının vacibliyini söyləyirlər.

 

Eyni zamanda müxtəlif ölkələrin mediasında Ermənistanın işğalçılıq siyasətini pisləyən məlumatlar verilir. Bu xüsusda qardaş Türkiyə KİV-lərinin Azərbaycanın haqq işinin, erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirakını ayrıca vurğulamaq lazımdır.

 

Beləliklə, döyüş meydanında əldə olunan uğurların informasiya cinahında da möhkəmləndirilməsi Vətən müharibəsində böyük zəfərə əsaslı zəmin olacaqdır.

 

Mədəniyyət.- 2020.- 28 oktyabr.- S.5.