“Mən Gəncəyəm”
Düşmənin
insanlıq əleyhinə cinayətləri haqqında sənədli
film
Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə ballistik raket hücumlarından bəhs edən “Mən Gəncəyəm” adlı sənədli film çəkilib.
Filmdə ilk dəfə Gəncəyə
gedən aktyorun qeydləri və orada yaşananlar real şəkildə öz
əksini tapıb. Ermənistanın dinc əhaliyə
qarşı vandalizm aktlarını daha böyük auditoriyaya çatdırmaq məqsədilə
filmdə ingilis dilində titrlər də
yerləşdirilib.
Filmin rejissoru
Ramil Ağasıyev bildirib
ki, bu hadisə media vasitəsilə dünyaya
çatdırılsa da, biz
olayları ekran əsəri şəklində
təqdim etmək istədik: “Dinc sakinlərin
hədəfə alınması düşmənin sağlam təfəkkürünün
olmamasından xəbər verir. Filmdə aktyor Ziya Ağa
ilk dəfə Gəncəyə gedir və bu hadisələri
öz gündəliyində qeyd edir. Əslində, bu, bir insanlıq faciəsidir”.
Rejissor Azərbaycan Ordusunun şanlı tarix
yazdığını, bu günlərdə
hər bir vətəndaşın öz cəbhəsində döyüşdüyünü
vurğulayıb.
Qeyd edək ki, filmin quruluşçu operatoru Fahir Səmədoğlu, icraçı prodüseri Zamiq Əlövsətoğludur. Montaj işi Rasim Ramazanova məxsusdur. Filmdə yaşanan hadisələr gənc aktyor Ziya Ağanın qeydləri ilə təsvir edilib.
L.AZƏRİ
Mədəniyyət .-2020.- 30
oktyabr.- S.3.