Gözəgörünməz
düşmənlə mübarizəni də
unutmamalıyıq
Xüsusi karantin rejiminin müddəti daha bir ay uzadılıb
Yeni növ koronavirus
(COVİD-19) infeksiyasının yayılmasının, onun
törədə biləcəyi
fəsadların qarşısının
alınması məqsədilə,
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarına əsasən,
ölkə ərazisində
xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il
tarixinədək uzadılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda qeyd olunur ki, ölkə ərazisində mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Lənkəran şəhərində, Cəlilabad və Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunub. Bundan öncə Sabirabad, Şəki, Lənkəran, Quba, Mingəçevir, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax və Zaqatalada da yoluxma sayının artması qeydə alınmışdı.
Bununla bağlı sözügedən rayon
və şəhərlərdə, eləcə də
ayrı-ayrı kəndlərdə operativ
və xüsusi təyinatlı nəqliyyat
vasitələrinin, eləcə də yükdaşıyan
avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış 1 dekabr tarixinədək dayandırılır.
Həmçinin Bakı,
Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir,
Şəki, Şirvan, Lənkəran
şəhərlərində və Abşeron,
Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz,
İsmayıllı, Qax, Zaqatala,
Cəlilabad, Masallı rayonlarında dekabrın 1-dək həftəsonları
(şənbə və bazar) ictimai nəqliyyatın hərəkəti
dayandırılır.
Bundan əlavə, 2020-ci il 1 dekabr saat
06:00-dək Bakı Metropolitenində sərnişindaşıma
fəaliyyəti dayandırılıb.
Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə
bağlı əlavə tədbirlər barədə” qərarına
edilən müvafiq dəyişiklikdə əksini
tapıb. Qeyd edək ki,
qüvvədə olan qərara əsasən,
bu il oktyabrın 19-dan
noyabrın 2-dək Bakı Metropolitenində sərnişindaşıma
fəaliyyəti dayandırılmışdı.
Nazirlər Kabineti yanında Operativ Qərargah bir daha vətəndaşları COVİD-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, tibbi maskalardan və digər zəruri tibbi-profilaktik vasitələrdən istifadə etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa çağırır.
Mədəniyyət
.- 2020.- 30 oktyabr.-
S.2.