Türk dünyası təşkilatları
Ermənistanın insanlıq əleyhinə əməllərini
pisləyir
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistan silahlı qüvvələrinin oktyabrın 28-də Bərdəyə raket hücumu ilə bağlı bəyanat yayıb.
Bəyanatda oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemdən raket atəşinə tutması nəticəsində 20 mülki şəxsin həlak olduğu, 70-dən çox insanın ağır yaralandığı diqqətə çatdırılır.
“Sivil insanları hədəf
alaraq, onlara
ağır artilleriyadan atəş
açılması, yalnız Azərbaycan xalqına deyil, ümumilikdə bütün
bəşəriyyətə qarşı böyük
təhlükə və cinayətdir.
Beynəlxalq Türk
Mədəniyyəti və İrsi Fondu Azərbaycanın mülki
əhalisinə qarşı yönələn bu
hücumları kəskin şəkildə pisləyir, beynəlxalq
təşkilatları və dünya
ictimaiyyətini günahsız insanların qətl edilməsinə
səbəb olan bu alçaq siyasətə səssiz qalmamağa
çağırır”, – deyə bəyanatda
vurğulanır.
***
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının (Türk Şurası)
Baş katibi Bağdad Amreyev Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə
ünvanladığı məktubda son zamanlar Ermənistan silahlı qüvvələrinin
beynəlxalq humanitar hüquqa
və Cenevrə konvensiyalarının tələblərinə
zidd olaraq Azərbaycan
şəhərlərinə, mülki
əhaliyə və ictimai obyektlərə
hücumlarını qətiyyətlə pislədiyini, qardaş Azərbaycan xalqı ilə bu həlledici tarixi dönəmdə
həmrəy olduğunu qeyd
edib.
Məktubda vurğulanır ki, Türk Şurası Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini və onlar üzərində suverenliyini tam şəkildə bərpa etmək üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və beynəlxalq hüquqa əsaslanan haqlı mübarizəsini dəstəkləyir.
Mədəniyyət
.-2020.- 30 oktyabr.-
S.3.