Milli Xalça
Muzeyinin onlayn layihələri
Rəşadətli
Azərbaycan Ordusunun işğaldan
azad etdiyi ərazilərimizdə
üçrəngli bayrağımızın
dalğalandığı bu günlərdə
Azərbaycan Milli Xalça
Muzeyi də Qarabağın mədəni irsini dünyada tanıtmaq
üçün işlər həyata keçirir.
Kütləvi
informasiya vasitələrində Milli Xalça Muzeyində
qorunan Qarabağa aid xalçalar və digər eksponatlar barədə
məlumatlar verilir, teleproqramlarda bu mövzuda
çıxışlar edilir, muzeyin sosial şəbəkə
hesablarında Qarabağın dekorativ-tətbiqi sənət
irsi ilə bağlı məlumatlar yerləşdirilir.
Muzeydən bildirilib ki, müvafiq informasiyalar Azərbaycan, ingilis
və rus dillərində, həftə ərzində
müxtəlif rubrikalar üzrə təqdim
olunur. Bazar ertəsi
“Qarabağın xalça salnaməsi”
rubrikası üzrə məlumatlar verilir.
Çərşənbə axşamı “Könlüm
keçir Qarabağdan...”
rubrikasında Qarabağın dilbər guşələrindən
mənzərələr və etnoqrafiyasına aid
arxiv şəkilləri nümayiş
etdirilir. Növbəti günü
geyim, zərgərlik və s. nümunələr “Qarabağ
– sənətkarlar diyarı” rubrikasında təqdim olunur. Cümə axşamı “Çeşnilərdə
əbədiləşən Qarabağ”
rubrikasında Azərbaycan xalçaçılıq sənətini
dünyaya tanıdan Xalq
rəssamı Lətif Kərimovun müəllifi olduğu eskizlər paylaşılır.
Qarabağın qabaqcıl şəxsiyyətləri
haqqında maraqlı məlumatlar cümə günləri
“İncitək parlayanlar” rubrikasında təqdim
edilir.
Mədəniyyət .-2020.- 30
oktyabr.- S.4.