“Havalansın
Xanın səsi...”
Yeni layihə
Qarabağın tarixi-mədəni yaddaşına işıq
salacaq
Beynəlxalq Muğam Mərkəzi “Trend” informasiya agentliyi ilə birgə yeni “Havalansın Xanın səsi, Qarabağın şikəstəsi” adlı beynəlxalq layihəyə başlayıb. Xalq şairi Səməd Vurğunun məşhur “Azərbaycan” şeirinin misralarından ad alan layihə əzəli Azərbaycan torpağı – mədəniyyət beşiyi Qarabağın tarix və mədəni irsinə həsr edilib.
İdeya müəllifi Beynəlxalq
Muğam Mərkəzinin direktoru,
Xalq artisti Murad Hüseynov olan layihə informasiya agentliyi tərəfindən həftədə bir dəfə yayımlanacaq.
Layihənin ilk
efirinin qonaqları Xalq
artisti Murad Hüseynov, Əməkdar incəsənət xadimi, UNESCO-nun nəzdində
Ənənəvi Musiqi üzrə Beynəlxalq
Şurasının (İCTM), Beynəlxalq Etnomusiqişünaslar
Cəmiyyətinin üzvü, professor Sürəyya Ağayeva,
AMEA Folklor İnstitutunun
Musiqi folkloru
şöbəsinin müdiri, professor Nailə Rəhimbəyli və
Türkiyənin Niyde Ömər Xalisdəmir
Universitetinin professoru Feyzan Gövhər olub.
Azərbaycan və Türkiyənin mədəniyyət xadimləri Qarabağın tarixindən, ərazidə yerləşən qədim abidələrdən söz açıblar. Bu qədim bölgəmizin tarixi-mədəni zənginliklərinin bədnam ermənilər tərəfindən talan edilməsi diqqətə çatdırılıb. Qeyd olunub ki, erməni millətçiləri maddi mədəniyyət abidələri ilə yanaşı, xalqımızın zəngin folklor, musiqi, ədəbiyyat nümunələri və digər mənəvi sərvətlərini ardıcıl və sistemli şəkildə mənimsəməklə əslində işğalçılıq müharibəsini həm də mədəni sərvətlər müstəvisində genişləndirirlər. Ermənilər Azərbaycan bəstəkarlarının musiqi əsərlərini, xalq mahnı və rəqslərimizi, digər mədəni irs nümunələrimizi də özününküləşdirməklə bir daha öz məkrli siyasətlərini həyata keçirməkdə davam edirlər.
LALƏ
Mədəniyyət
2020.- 30 oktyabr.-
S.5.