Gənc
vokalçı beynəlxalq müsabiqənin baş
mükafatını qazanıb
Qazaxıstanın Almatı şəhərində
“TESSA” VI Beynəlxalq Musiqi Müsabiqəsi
keçirilib. Müsabiqədə Azərbaycan,
Rusiya və Qazaxıstan
ifaçıları iştirak edib.
Ölkəmizi təmsil edən Üzeyir
Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının (BMA) doktorantı Rüfət Piriyev (tenor) Qrin-pri mükafatını qazanıb.
Rüfət Piriyev vokal ixtisası üzrə BMA-nın dosenti Svetlana Mirzəyevanın,
opera-səhnə sənəti üzrə Dövlət
mükafatları laureatı, Xalq artisti Gülcahan Güləhmədova-Martınovanın
sinfini bitirib. O, tələbəlik
illərindən dövlət tədbirlərində vokal kompozisiyalarla
çıxış edib, musiqisevərlərin
rəğbətini qazanıb. Vokalçının
ifasında bir çox
vətənpərvərlik mahnıları da
səslənib. O, şanlı Ordumuzun zəfərlərinə
şahid olduğumuz bu günlərdə də yeni
ifaları ilə igid
oğullarımızı qələbələrə
ruhlandırır.
Rüfət Piriyev həmçinin elmi-pedaqoji fəaliyyətlə də məşğul olur, hazırda dissertasiya üzərində işləyir.
A.İBRAHİMOVA