Ustad nəfəsli saz-söz ərməğanı
Azərbaycan Aşıqlar Birliyinin
(AAB) hazırladığı “Ustad nəfəsli
saz-söz ərməğanı” adlı antologiya çap olunub. AAB-nin katibi, Əməkdar mədəniyyət
işçisi Musa Nəbioğlu
bildirib ki, nəşrdə
aşıq ədəbiyyatının janr
tərkibində mühüm yer tutan ustadnamə ənənəsinin
qaynaqları – ozan soylamaları, eləcə
də ötən yüzilliklərdə yaşamış saz-söz sənətkarlarının
yaratdıqları öyüdləmə örnəkləri
yer alıb.
Dədə
Qorqud zamanından XX yüzilliyə qədər uzanan dövrdə
yer alan, ustad məclislərində, el
yığıncaqlarında dillər əzbərinə
çevrilən dərin məzmunlu, fəlsəfi
yüklü qoşmalar, gəraylılar, təcnislər,
divanilər əsrlərin sərt sınağından
keçə-keçə bu günümüzə gəlib
çataraq əvəzsiz söz sərvətimizə
çevrilib.
Antologiyada yüzə yaxın ustad saz-söz sənətkarının yaradıcılıq nümunələri toplanıb. Antologiyanın hazırlanmasında məqsəd klassik saz-söz ustadlarının yaratdıqları ustadnamə-öyüdləmə sərvətini qoruyub gələcək nəsillərə çatdırmaqla yanaşı, bu sənətə yeni gələn yeniyetmə və gənclərin repertuar imkanlarını genişləndirməkdir.
Kitabı nəşrə
hazırlayanlar AAB-nin sədri, Dövlət
mükafatı laureatı, Əməkdar elm
xadimi, professor Məhərrəm
Qasımlı (nəşrin elmi məsləhətçisi)
və filologiya elmləri doktoru,
professor Mahmud
Allahmanlı, redaktorları filologiya elmləri
doktoru, professor
İsmayıl Məmmədli və filologiya
üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.
Mədəniyyət 2020.- 30 oktyabr.- S.5.