İzmirdə
keçirilən sərgidə “Qarabağ
xalçası”
Türkiyənin
İzmir şəhərində keçirilən sərgidə
azərbaycanlı rəssam-heykəltəraş Gülnarə
Pamuk Muxtarovanın “Qarabağ xalçası” əsəri
nümayiş olunur.
Bu
barədə məlumat verən rəssam bildirib ki, Torbalı
Mədəniyyət Mərkəzində təşkil olunan sərgiyə
Türkiyənin 120 rəssamı qatılıb. O deyib:
“Qarabağ xalçası” əsərimi təqdim etməkdə
əsas məqsəd son zamanlar Qarabağda baş verən
hadisələrə diqqət çəkməkdir. Bildiyiniz
kimi, İzmirdə ermənilər də yaşayır. Onlar da
sərgiyə baxmağa gəlirlər. Mən digərləri
kimi onların da Qarabağa aid əsərimi görməsini
istədim. Bu, mənim üçün çox vacibdir.
Yağlı boya ilə çəkilən əsərdə Azərbaycan
qadınının övlad sevgisi həkk olunub. Rəsmdə
Azərbaycanın milli geyimində bir ana övladı ilə
birgə Qarabağ xalçası fonunda əks olunub”.
Mədəniyyət 2020.- 30 oktyabr.- S.8.