Abşeron qəsəbələrinin
memarlıq siması
Bakı qəsəbələrinin
memarlıq simasının qorunması və
canlandırılması işində memarların və
peşəkarların fəal iştirakını təmin etmək
məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər
Memarlıq və Şəhərsalma Baş
İdarəsinin təşəbbüsü, Azərbaycan
Memarlar İttifaqı və “Bakı
Abadlıq Xidməti” MMC-nin iştirakı
ilə “Abşeron qəsəbələrinin
memarlıq siması” adlı memarlıq müsabiqəsi elan edilib.
Abşeron
yarımadasının ərazisi yaşayışın mövcud olduğu ilk zamanlardan əvəzsiz
mədəniyyət nümunələri ilə zəngin olub. Burada yerləşən və uzaq
keçmişdən müasir
dövrümüzədək gəlib çıxmış dəyərli
tarixi-memarlıq abidələri özündə Şərq və
Qərb memarlığının nümunələrini birləşdirir,
müxtəlif mədəniyyət və
sivilizasiyalarının izlərini yaşadır. Son illər
ölkəmizin bütün ərazisində
olduğu kimi,
Bakıda və Abşeronda da aparılan nəhəng abadlıq-quruculuq, bərpa
və yenidənqurma işləri sayəsində
yarımadanın görkəmi daha da gözəlləşir, yeni-yeni
möhtəşəm və təkrarsız tikililər inşa olunur.
Görülən işlərə
təkan vermək, Abşeronun memarlığını
qorumaq, milli incəsənət
ruhunu yaşatmaq, həmçinin
özünəməxsus rəng çalarlarını yenidən
canlandıraraq gələcək nəsillərə
ötürmək məqsədilə Abşeron
yarımadasının bütün ərazisini
əhatə edəcək müsabiqə proqramının ilkin mərhələsində təqdim olunan layihələrdə Ramana,
Pirşağı və Əmircan qəsəbələrinin estetik görünüşünün
və həyat keyfiyyətinin inkişaf
etdirilməsi, orijinallıq və mühit-məkan həllinin
müəyyənləşdirilməsi kimi
vacib məqamlar öz
əksini tapmalıdır.
Ümumi mükafat
fondu 60 000 manat olan müsabiqədə layihə müəllifləri
fərdi və ya qrup
şəklində iştirak edə bilərlər.
Layihələr 10 dekabr 2020-ci il saat 18:00-dan gec olmayaraq Bakı Şəhər
Memarlıq və Şəhərsalma Baş
İdarəsinə təqdim olunmalıdır. Seçilmiş
layihə əsasında abadlıq işləri
aparılacağı təqdirdə layihə müəllifi dəvət
olunacaqdır.
Müsabiqə proqramı barədə ətraflı
məlumatı www.absheronsimasi.az
saytında əldə etmək olar.
Mədəniyyət
2020.- 30 oktyabr.-
S.5.