“Arif Məlikov: tarix və müasirlik”
Mədəniyyət Nazirliyinin sifarişi əsasında sənətşünaslıq üzrə
fəlsəfə doktoru
Aytən Baxşiyeva-İbrahimovanın
“Arif Məlikov: tarix və müasirlik”
kitabı nəşr olunub.
Kitabda
görkəmli bəstəkar, SSRİ Xalq artisti, akademik Arif Məlikovun
(1933-2019) yaradıcılığında xüsusi yer tutan
kamera-instrumental və kamera-vokal əsərlərinin sistemli təhlili
aparılıb. Nəşrdə həmçinin bəstəkarın
həyat və yaradıcılığına həsr
olunmuş məqalələr və onunla bağlı xatirələr
də yer alıb.
Professional
musiqiçilərə və geniş oxucu kütləsinə
ünvanlanan kitab “Şərq-Qərb” nəşriyyatında
işıq üzü görüb.
Mədəniyyət 2020.- 30 oktyabr.- S.5.