“Qarabağın məşhur
müəllimləri”: Süleyman Sani Axundov
Təhsil Nazirliyinin
“Qarabağın məşhur müəllimləri” layihəsi
davam edir. Layihənin
növbəti tarixi siması görkəmli
ədib, maarif xadimi Süleyman Sani Axundovdur.
Süleyman Sani
Axundov 1875-ci il
oktyabrın 3-də Şuşa şəhərində
anadan olub.
1885-1894-cü illərdə Qori Müəllimlər
Seminariyasında təhsil alıb. Təhsilini
bitirdikdən sonra III dərəcəli rus-tatar məktəbinə müəllim təyin
edilib. 1906-cı ildə Azərbaycan
müəllimlərinin I qurultayında iştirak
edib. 1920-1921-ci illərdə Qarabağ vilayətinin Maarif
şöbəsinin müdiri, 1922-1930-cu
illərdə Bakıda məktəb müdiri
vəzifələrində çalışıb. Ömrünün sonuna kimi ədəbi
yaradıcılıqla bərabər pedaqoji
fəaliyyətlə məşğul olub.
Xatırladaq ki,
“Qarabağın məşhur müəllimləri” layihəsi
çərçivəsində Qarabağda
doğulan və pedaqoji
fəaliyyətlə məşğul olan
tanınmış şəxslər barədə məlumatlar
təqdim olunur.
Mədəniyyət 2020.- 30
oktyabr.- S.7.