Knyaz” faciəsi ilk dəfə ayrıca çap olunub

Səhnəyə qoyulmasının 90 illiyi münasibətilə

 

Böyük şair-dramaturq Hüseyn CavidinKnyaz” faciəsi ilk dəfə ayrıca kitab halında nəşr olunub. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab AMEA Hüseyn Cavidin Ev-Muzeyi tərəfindən pyesin ilk dəfə səhnəyə qoyulmasının 90 illiyi münasibətilə nəşrə hazırlanıb.

Kitabın tərtibçisi Hüseyn Cavidin Ev-Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı nəşrə yazdığı ön sözdə qeyd edir ki, 1928-1929-cu illərdə qələmə alınan “Knyaz” faciəsi Cavidin dramaturgiyasında yåni dövrün başlanğıcıdır. Mövzusu 1920-ci illərin əvvəllərində Gürcüstan həyatından götürülən beşpərdəli pyes ədibin yaradıcılığında geniş yer tutan azad sevgininpak mənəviyyatın təntənəsi motivinin yeni şəraitdə canlandırılmasına xidmət edir. Yåni dövrü, yåni mühiti təsvir edən bu əsər ilk dəfə 90 il öncə, 1930-cu ildə Türk Bədaye Teatrında (Azərbaycan Dövlət Akademik Dram Teatrı) tamaşaya qoyulub, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev, Rza Əfqanlı, Rza Təhmasib, Sona Hacıyeva kimi məşhur aktyorlar səhnə əsərində rol alıblar.

Nəşrin redaktoru AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, tərtibçisi həmin institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur.

Mədəniyyət  2020.- 30 oktyabr.- S.5.