“Azərbaycan folklorunun
ilkin nəşrləri”
seriyasından
AMEA Folklor İnstitutunun “Azərbaycan folklorunun ilkin nəşrləri” seriyasından növbəti
kitabı – “SMOMPK: Azərbaycan
folkloru materialları”
toplusunun üçüncü
cildi çapdan çıxıb. Kitabda toplanmış
mətnləri 1881-1929-cu illər
arasında nəşr
olunmuş SMOMPK –“Ñáîðíèê ìàòåðèàëîâ äëÿ îïèñàíèÿ ìåñòíîñòåé è ïëåìåí Êàâêàçà” (“Qafqaz əraziləri və tayfalarının təsvirinə dair materiallar toplusu”) məcmuəsindən filologiya
üzrə fəlsəfə
doktoru Rza Xəlilov dilimizə tərcümə edib.
Xatırladaq ki, “SMOMPK: Azərbaycan
folkloru materialları”
toplusunun birinci və ikinci cildləri 2018-ci ildə nəşr edilib. Cildlər
xronoloji prinsip əsasında
tərtib olunub.
Qafqaz Rusiya imperiyasının tərkibinə qatıldıqdan sonra bölgənin inzibati və mədəni mərkəzinə çevrilmiş Tiflis şəhərində fəaliyyət göstərən çar general-qubernatorluğu zəbt olunmuş yeni torpaqları və burada yaşayan xalqları yaxından tanımaq və onları daha uğurla idarə etmək məqsədilə müxtəlif layihələr həyata keçirmişdi. Bu fəaliyyətin bir təzahürü kimi XIX əsrin ortalarından Azərbaycanın qeyri-maddi mədəni irs örnəkləri ilk dəfə müxtəlif qəzet və jurnallarda rus dilində nəşr edilməyə başlamışdı.
Azərbaycan şifahi xalq ədəbiyyatının əfsanə, rəvayət,
atalar sözü və
məsəllər, tapmacalar, lətifələr,
nağıllar və s. janrlarına aid çoxsaylı örnəklərə
SMOMPK toplusunun bir çox buraxılışlarında rast gəlmək olar.
Kitabın tərtibçiləri filologiya üzrə fəlsəfə doktorları Rza Xəlilov, Afaq Xürrəmqızı və Aynur Hüseynovadır.
S.QALİBOĞLU
Mədəniyyət 2020.- 30 oktyabr.- S.6