Yol gedirəm Qubadlıya...
Xalq olaraq qürurlu tarixi günlər yaşayırıq. Bəlkə emosional qatda bunun fərqində deyilik. Amma hamımız bir gerçəyi yaxşı ayırd edirik: biz haqq uğrunda döyüşürük və qalib gələcəyik. Böyük zəfərdən sonra oturub öz-özümüzə “Nə baş verdi” sualını verəcəyik və məmnunluqla sonrakı nəsillər üçün qəhrəmanlıq təranələri düzüb-qoşacağıq...
Yaylağımız qışlaq olsun...
Kim istəməz ki? Təki Vətən azad
və bütöv olsun.
Zatən bizim üçün aran da yaylaq olar. Bunu qubadlılar
adından yazırıq.
Oktyabrın 25-də gecəyarısı
Azərbaycan Prezidenti,
Ali Baş Komandan tərəfindən ilk sorağı
verilən, ertəsi gün dövlət başçısının xalqa
müraciətində təfərrüatı
ilə bəyan edilən zəfər xəbərindən sonra
27 illik yaddaşlarını
təzələyən soydaşlarımız
adından...
Qubadlı rayonu 1933-cü ildə yaradılıb. 1963-cü ildə
ləğv edilərək
ərazisi Zəngilan rayonu ilə birləşdirilmiş, bir
il sonra
yenidən ayrıca
rayon olmuşdu. 802 kvadrat kilometr ərazisi olan bu rayon Qarabağ yaylasının cənub-şərqində,
Həkəri və Bərgüşad çayları
hövzəsində yerləşir.
Azərbaycanın qədim yaşayış
məskənlərindən olan Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan tərəfindən
işğal edildikdən
sonra rayon sakinlərinin
ev-eşiyi, mal-mülkü
ilə bərabər onlarla tarixi-mədəni, dini abidəmiz dağıdılıb, talan
olunub.
Qubadlı qədim qalaları, türbələri və bu kimi tarixi
tikililəri ilə məşhur idi. Gavur dərəsində IV əsrə
aid ibadətgah-mağara, Muradxanlı
kəndindəki V əsrə
aid Qalalı qalası,
Əliquluuşağı kəndindəki
Göy qala, Yazı düzündəki
Cavanşir türbəsi
(XIV əsr), Dəmirçilər
kəndində iki türbə, Gürcülü
kəndində XVII əsrə
aid türbə, Xocamsaxlı
kəndindəki XVIII əsrə
aid türbə bu nümunələrdəndir.
Dəmirçilər kəndindəki
türbələr
Dəmirçilər kəndindəki
türbələrin Qubadlının
tarixi-mədəni memarlıq
irsində xüsusi yeri var. Memarlıq baxımından unikal quruluşa malik bu iki qülləvarı
türbənin birincisi
Ağaçayın sağ
sahilində yerləşirdi.
Planda səkkizbucaqlı
formada olan türbənin (bir tərəfi 1,9 m) içərisində qapı
gözü qarşısındakı
üzdə kiçik
mehrab taxçası quraşdırılıb, iç
divarlar yaxşı yonulmuş daşlarla üzlənib. İç
hündürlüyü 4,5
metr olan türbənin bütün
xarici üzləri Elxanilər dövrünün
Arazboyu türbələri
üçün səciyyəvi
olan çiyinli dayaz tağlar şəklində işlənib.
Şərq və qərb
taxçalarının ortasında
kiçik pəncərə
gözləri qoyulub.
Qapı gözü yer səviyyəsindən
1,2 metr yüksəklikdədir.
Ağaçayın sağ sahil yamacının yanında, Dəmirçilər
və Dondarlı kəndləri arasında yerləşən ikinci türbənin də planı səkkizbucaqlı
formadadır (bir tərəfi xaricdə 2,03 metr, daxildə
1,4 metr). Tikinti materialı, inşaat
texnikası və memarlıq həllinə görə, bu abidə birinci türbə ilə eynidir. Yalnız ikinci türbənin ölçüləri bir
qədər iri (üst kameranın iç ölçüsü
6,2 metr, korpusun yerdən hündürlüyü 6,9 metr),
xarici üzlərindəki
çiyinli dayaz taxçaların forması
isə bir qədər fərqlidir. Türbələrin hər ikisi
XIII-XIV əsrlərin yadigarı
hesab edilir.
Laləzar və Hacı Bədəl körpüləri
Əliquluuşağı kəndində yerləşən
və maraqlı arxitekturaya malik Laləzar körpüsü
Bərgüşad çayının
üzərində altı
oval, üstü isə
düz bir formada salınıb. Hər iki
dayağı hündür
qayalara söykənən
tikili 1867-ci ildə inşa olunub. Bəzi tədqiqatçılar körpünü
XVIII əsrə aid edirlər.
Eni 2,8 metr,
hündürlüyü 4,5 metrdir.
Hacı Bədəl körpüsü
XIX əsrdə Dəmirçilər
kəndinin sakini Hacı Bədəl tərəfindən Ağaçay
üzərində tikdirilib. Körpünün
inşasında put daşdan
(xüsusi bəzək
vurmaqla), əhəng və yumurta sarısının qarışığından
istifadə olunub. Körpü Qubadlının 15 kəndinin
rayon mərkəzi ilə
əlaqəsini təmin
edirdi. Bu körpünün də maraqlı arxitekturası
var. Tağbənd formasında
tikilmiş körpünün
ortasında dayaqlar qoyulmayıb. Kükrəyib daşan dağ çayının maneəsiz
axını məqsədilə
sütun nəzərdə
tutulmamışdı.
Məmər məscidi
Qubadlı rayonunun Məmər kəndində yerləşən
məscid ÕVIII əsrdə inşa edilib. Sovet hakimiyyəti
dövründə anbar
binası kimi istifadə olunan tikili ölkəmiz müstəqillik əldə
etdikdən sînra yenidən
ibadətgah kimi sakinlərin ixtiyarına verilmişdi. Təəssüf ki, işğal zamanı bu məscid də erməni vəhşiliyinin
qurbanı olub.
Qubadlının daş yaddaşı
Memarlıq abidələri, qoç heykəlləri, fərqli
tarixi dövrləri özündə ifadə edən daş kitabələri ilə məşhur rayon ərazisində
ölkə və yerli əhəmiyyətli olmaqla xeyli sayda
tarix yadigarı var idi. Rayonun Başarat
və Məzrə kəndlərindəki alban
kilsələri də
xüsusi əhəmiyyətli
memarlıq incilərindən
sayılırdı.
XV əsrə aid daş
qoyun fiquru (Mahmudlu kəndi), IX-X əsrlərə məxsus
daş sandıq (Məmər kəndi) və çoxlu sayda qoç heykəlləri bu yurd yerimizin tarixi-mədəni zənginliyindən
soraq verir. Təəssüf ki, bu maddi
mədəniyyət nümunələrinin
əksəriyyəti erməni
vandalizminin qurbanına
çevrilib, talan edilərək Ermənistana
və başqa ölkələrə daşınıb.
Tarix-diyarşünaslıq muzeyi
Qubadlı Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1980-ci ildə fəaliyyətə başlamışdı. Muzeydə 1993-cü ilə qədər 5 mindən artıq eksponat qorunub saxlanılırdı. Bunların sırasında qədim dövrlərə aid qılınc, xəncər, mis əşyalar, saxsı qablar, fauna və floraya aid nadir nümunələr, II Dünya müharibəsi iştirakçılarına aid əşyalar vardı. Muzeydə həmçinin görkəmli yazıçılar, elm, mədəniyyət və incəsənət xadimlərinə aid guşə fəaliyyət göstərirdi. Bu guşədə həmin şəxslərə aid əsərlər, şəxsi əşyalarından nümunələr sərgilənirdi.
Burada xalq qəhrəmanları Qaçaq Nəbi və Həcərə aid əşyalar, onların qəhrəmanlıqlarını
əks etdirən rəsm əsərləri də qorunub saxlanılırdı. Bu
muzey də işğal
zamanı bədnam ermənilər tərəfindən məhv
edilib, zəngin ekspozisiyası mənimsənilib.
27 illik işğaldan qurtulan bu Vətən torpağının da yeni növrağı, o cümlədən dağıdılıb talan edilmiş mirasının bərpa edilməsi dövrü irəlidədir.
Hazırladı:
Həmidə NİZAMİQIZI
Mədəniyyət
2020.- 30 oktyabr.-
S.6