Gəncədə
həlak olanların xatirəsi Moldovada
anılıb
Azərbaycanın Moldovadakı səfirliyində Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması nəticəsində həlak olan insanların xatirəsinə həsr edilmiş anım tədbiri təşkil edilib. Tədbirə bu ölkədə yaşayan soydaşlarımızla yanaşı, moldovalı, habelə etnik rus və ukraynalı vətəndaşlar da qatılıb.
Səfir Qüdsü
Osmanov Ermənistanın humanitar
atəşkəs rejimini pozaraq
oktyabrın 11-də və 17-də gecə saatlarında Gəncə
şəhərini raket hücumuna
məruz qoyması, nəticədə körpə, qadın və
yaşlılar daxil olmaqla
çoxlu sayda insan tələfatı ilə nəticələnən
müharibə cinayətinin törədilməsini tədbir
iştirakçılarının diqqətinə
çatdırıb. Q.Osmanov Moldova sakinlərinin bu
günlərdə səfirliyə göndərdiyi dəstək
məktublarına görə təşəkkürünü
bildirib.
Moldova parlamentinin deputatı Sergiu Sirbuya Azərbaycanın bu münaqişədə haqlı mövqeyindən danışıb, dinc əhaliyə qarşı Gəncədə törədilən təcavüzün qəbuledilməz olduğunu, Moldovanın da ərazi bütövlüyü ilə bağlı mübarizə apardığını, bununla bağlı ölkələrimizin oxşar tarix yaşadıqlarını bildirib. Deputat münaqişənin tezliklə Azərbaycanın sərhədlərinin toxunulmazlığı çərçivəsində həll edilməsinə ümidvar olduğunu deyib.
Moldova Azərbaycanlıları Konqresinin
(MAK) sədri Elçin Bayramov,
moldovalı tarixçi və siyasi şərhçi Ruslan
Şevçenko çıxış edərək
Moldovanın da oxşar
münaqişəni yaşadığı və Azərbaycanın
rəhbərliyi tərəfindən atılan beynəlxalq hüquqa əsaslanan addımların bu ölkə üçün
də nümunə olacağını bildiriblər.
Moldovadakı azərbaycanlı icmanın fəalları
Azərbaycan, rus və rumın dillərində
ölkəmizin həqiqətlərini diqqətə
çatdırıblar. Tədbir Moldova mətbuatında
işıqlandırılıb.
Mədəniyyət
2020.- 30 oktyabr.-
S.8.