Türkiyə Cümhuriyyətinin ildönümü xüsusi proqramlarla qeyd olunur

 Türkiyə Cümhuriyyətinin qurulmasının (29 oktyabr 1923-cü il) 97-ci ildönümü pandemiya səbəbindən kütləvi tədbirlərlə qeyd edilməsə də, telekanallarda bu münasibətlə silsilə proqramlar yayımlanır. Türkiyə Radio və Televiziyası (TRT) da bayramla bağlı film və təqdimatlarla tamaşaçılarının görüşünə gəlib.

TRT-də Cümhuriyyət Günü təqdim olunanYa istiqlalya ölüm” adlı film İstanbulun Antanta dövlətləri tərəfindən işğal edildiyi 16 mart 1920-ci ildən Türkiyə Böyük Millət Məclisinin açıldığı 1920-ci il 23 aprel arasındakı 6 həftəlik tarixi hadisələrdən bəhs edir. Xalqın işğala qarşı necə müqavimət göstərdiyini və ölkəni necə müdafiə etdiyini əks etdirən film milli mübarizə ruhunu ekrana gətirir.

TRT 2-də “Tarixin ruhu” adlı verilişdə Cümhuriyyət bayramlarının arxiv görüntüləri təqdim olunur. Cümhuriyyət Günü necə elan edildi? Hansı mesajlar zamanla gündəmə gəldi? kimi suallara cavablar axtarılır.

TRT Müzik kanalında isə 29 Oktyabr – Cümhuriyyət Günü dirijor Zafer Gündoğdunun rəhbərliyi altında TRT-nin vokalsaz sənətçilərinin konsert proqramı ilə qeyd olunub.

 

Mehparə SULTANOVA

Ankara

Mədəniyyət  2020.- 30 oktyabr.- S.8.