Fotoşəkillərdə yaşayacaq sənətkar ömrü

 

Azərbaycan fotojurnalistikasına ağır itki üz verib. Foto yaradıcılığında öz dəst-xətti olan, Əməkdar mədəniyyət işçisi Fərid Xayrulin avqustun 27-də, 73 yaşında əbədiyyətə qovuşub.

 

Fərid Həbibulla oğlu Xayrulin 1947-ci il iyulun 26-da Bakıda anadan olub. 1984-cü ildən SİTA-nın (TASS) Azərbaycan bölməsi üzrə fotojurnalist vəzifəsində çalışıb. 1988-ci ildən başlayaraqAzərinform” (indiki AZƏRTAC) agentliyində işləyib. 1966-cı ildən 1992-ci ilədək respublikanın müxtəlif dərgilərində çalışıb.

 

O, erməni millətçilərinin Dağlıq Qarabağda törətdikləri terror aktları barədə fotolar təqdim edən ilk fotomüxbirlərdən biri idi. Şuşa yolunda avtobusun partladılması başqa faciəvi hadisələr, eləcə 1990-cı il 20 Yanvar faciəsini xarici agentliklərə (AP, France-Presse, Reuters s.) çatdırıb.

 

2010-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Xayrulin Fərid Həbibulla oğlunaƏməkdar mədəniyyət işçisiadı verilib.

 

Uzun illər AZƏRTAC-da çalışan Fərid Xayrulinin həmkarları onun haqqında xatirələrini bölüşüblər.

 

Azərbaycan Dövlət İnformasiya Agentliyinin fotoinformasiya baş redaksiyasının baş redaktoru Vüqar Əmrullayevin dediyinə görə, Fərid Xayrulin gənc fotojurnalistlər üçün əsl məktəb idi. O, fotoqrafiya sənətini dərindən bilməklə yanaşı, onu gənc həmkarlarına öyrətməkdən yorulmurdu. O, gördüklərini deyil, hiss etdiklərini çəkirdi. Elə bunun nəticəsi idi ki, təcrübəli fotoqrafın lentə aldığı kadrlar həyatın bir parçası kimi canlı təsir bağışlayırdı. Böyük həyat məktəbi keçən ustad sənətkarla hər söhbət olduqca maraqlı unudulmaz idi.

 

Fərid Xayrulin Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlunun yaddaşında daim öz üzərində işləyən, heç bir çətinlikdən qorxmayan sənətkar kimi yaşayır: “O, həmişə gənclik ehtirası ilə çalışırdı. Fərid Xayrulin öz məqsədinə çatmaq, istədiyi kadrı əldə etmək üçün təbiətin şıltaqlığına, vaxtın azlığına məhəl qoymayan sənətkar idi. Elə bu yaradıcılıq şövqünə görə ustad sənətkar heç gənc həmkarlarından seçilmirdi. İndi onun haqqında keçmiş zamanda danışmaq çətin olsa da, Fərid müəllim bizim üçün həmişə canlı diri olaraq qalacaqdır”.

 

AZƏRTAC-ın fotomüxbiri, bir çox beynəlxalq müsabiqələrin qalibi, Əməkdar mədəniyyət işçisi İlqar Cəfərovu təcrübəli həmkarı ilə 30 illik zaman bağlayır: “Fərid Xayrulinlə ötən əsrin 1990-cı illərində bir yerdə çalışmışıq. O, Qarabağın qanlı-qadalı günlərində tez-tez cəbhə bölgəsinə üz tutur, qaynar nöqtələrdən çoxlu kadrlar lentə alırdı. Xüsusilə 20 Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasına çox böyük zəhmət sərf edib. Fərid müəllim həmin vaxt qanlı Bakı küçələrini dolaşır, müdhiş gecədə baş verənləri lentin yaddaşına köçürürdü. O, doğulduğu Bakının demək olar ki, vurğunu idi, paytaxtımızı vəsf edən gözəl bukletləri slaydları var”.

 

Fotoqraf ömrü lentə aldığı şəkillərdə slaydlarda yaşayır. Fərid Xayrulinin lentə aldığı fotoşəkil albomlar ona əbədiyaşarlıq qazandırıb. Hər dəfə bu şəkillərə baxanda ustad sənətkarın unudulmaz siması, yüksək sənətkarlıq keyfiyyəti bir daha gözlərimiz önündə canlanacaq xatirəsini yaşadacaqdır.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2020.- 2 sentyabr.- S.6.