Biblioqrafik arayışların yerinə yetirilməsinə dair metodik vəsait

 

 

Kitabxana-informasiya fəaliyyətinin əsas obyekti informasiya məhsulu və onun əsasında həyata keçirilən informasiya xidmətidir. Fəaliyyətin əsas məzmunu oxucunun biblioqrafik sorğusunu müvəffəqiyyətlə yerinə yetirməkdir. Soraq-biblioqrafiya xidməti tələbatçının sorğusunun qəbul edilməsi və ona lazımi cavabın verilməsini həyata keçirir.

 

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən təqdim olunanKitabxanalarda biblioqrafik arayışların yerinə yetirilməsi” adlı metodik vəsaitdə bu barədə ətraflı bəhs olunur. Biblioqrafik fəaliyyətin göstəricisi olan sorğuya cavab bütün tədqiqat və axtarış materiallarına əsaslanaraq sənədin kitabxanada olub-olmaması və ya onun yeri haqqında, müəyyən mövzu üzrə biblioqrafik informasiyanın məzmunu haqqında, sorğuda göstərilməmiş və ya təhrif edilmiş biblioqrafik təsvir elementləri haqqında operativ və keyfiyyətli informasiyadır. Vəsaitdə yeni biblioqrafik xidmət olanVirtual arayış” haqqında da məlumat verilirbunun biblioqrafik xidmətin inkişafına təkan verdiyi göstərilir. Bu proses zamanı sosial şəbəkədən istifadə xidmətin daha keyfiyyətli olması üçün şərait yaradır.

 

Vəsaitdə biblioqrafikfaktoqrafik sorğuların növləri tədqiqat obyektinə çevrilib. Materialda kitabxanada işin keyfiyyətini yüksəltmək üçün arayışların yerinə yetirilməsi metodikası, arayışların kitabxanada statistikası, arayışlar bazasının yaradılması haqqında tövsiyələr öz əksini tapıb.

 

 

Mədəniyyət.- 2020.- 2 sentyabr.- S.6.