“Günəşdən
gələn pay” davam edir
F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən
həyata keçirilən
“Günəşdən gələn
pay” adlı layihənin
növbəti mövzusu
uşaq ədəbiyyatımızın
“xanım anası” yazıçı, şairə
Xanımana Əlibəylinin
100 illiyinə həsr
edilib.
Layihənin əsas məqsədi,
oxucuları sevilən
şair və yazıçıların həyat
və yaradıcılıqları
ilə sosial şəbəkələr vasitəsilə
yaxından tanış
etməkdir.
Uşaqların nağıl qəhrəmanlarını
tanıması və teatrlarda canlı izləməsi onların təfəkkürünün inkişafında
və dünyagörüşlərinin
formalaşmasında mühüm
əhəmiyyət kəsb
edir. Səhnədə personajlarla birgə
həyəcan keçirərək
uşaqlar rolları onlarla birgə yaşayır və həyati vəziyyətlər
onların şüurunda
həkk olunur.
Kitabxananın əməkdaşları Xanımana
Əlibəylinin həyat
və yaradıcılığı
haqqında ətraflı
məlumat verib. Yazıçının “Dovşanın ad günü”
pyesindən kiçik
bir səhnə təqdim edilib.
Qeyd edək ki, layihə
kitabxananın “Facebook”,
“İnstagram”, “Twitter”sosial
şəbəkələri, “Youtube” kanalı və kitabxananın
internet ünvanı vasitəsilə
təqdim edilir.
Mədəniyyət.- 2020.- 4
sentyabr.- S.4.