Heykəl
Gec-tez, əvvəl-axır
daşa çevrilmək hər kəsin
qismətində var. Amma belə erkən yox!
Tez idi, çox tez...
Hələ o özü daş
üzərində naxışlar
açmağı, həyatın
anlarını daşlara
həkk etməyi, daşların “daş yaddaşında” iz qoymağa çalışırdı...
Gənc
heykəltəraş qəlbinin
çırpıntılarından xəbər verən və beynəlxalq müsabiqələrdə qalib
gələn “Arzuların
rəngarəngliyi”, “Casusların
öpüşü”, “Pişiyin
doqquz canı” əsərləri... Bu əsərlərdən
biri Yekaterinburqda gənclər arasında keçirilən virtual sərgidə
birincilik qazanmışdı,
biri Ç.Darvin adına Moskva
Dövlət Muzeyində
gerçəkləşən beynəlxalq müsabiqədə,
biri də “Almaniya bir rəssamın
gözü ilə” müsabiqəsində diploma layiq
görülmüşdü. Üç il
əvvəl Bakı Beynəlxalq Dəniz Limanının elan etdiyi heykəltəraşlıq
müsabiqəsinin qalibi
olmuşdu. 2018-ci ildə
Gənclər və İdman Nazirliyi tərəfindən “Ekoloji
problemlər və onların həlli yolları gənclərin gözü ilə” mövzusunda II Gənclər
sərgisinin diplomuna, keçən il
Berlin divarının sökülməsinin
30 illiyi münasibətilə
keçirilən müsabiqədə
sertifikata layiq görülmüşdü.
Heykəltəraş olmağı çoxistəyirdi. Çox,
lap çox...
Misqal-misqal, addım-addım özününənböyükarzusunadoğruyolgedirdi. İlkdəfə fırçanı əlinə
götürəndə Azadın
4-5 yaşı vardı.
Rənglərinsehrlidünyası, fırçanınağappaqkətan
üzərində açdığı
naxışlaronu özünə
məftunetmişdi. Əvvəl İncəsənətKollecinibitirdi,
sonraDövlətRəssamlıqAkademiyasınınheykəltəraşlıqfakültəsinə
qəbuloldu. Builakademiyanı bitiribarzusundaolduğupeşəyə yiyələndiyibarədə diplomaldı.
Azadı irəlidə çoxlusərgilər,
festivallargözləyirdi. Gənc heykəltəraş-rəssamınsənətdəkiilkaddımları
onungələcəyihaqqında çoxböyük ümidlərverirdi.
Bunuonutanıyanhərkəs – Azadadərsdeyənmüəllimlər, tanınmış heykəltəraş-rəssamlarhamısı
etirafedirdi.
Çoxludəvətlərivaridi – beynəlxalqincəsənətsərgilərində,
festivallardaonunəlişlərininyolunugözləyirdilər. Azad Aslanovun
istedadlı barmaqlarındanhələ
çoxlusənətmöcüzələrisüzüləcəkdi...
24 yaş!...
Hələ hər şeyindibaşlayırdı,
hələ həyatqapıları
indi-indionun üzünə
açılırdı... Hələ
qəlbindəkitumurcuq-tumurcuqarzularindi-indiqönçə
tuturdu...
Hər şeyinbaşlanğıcı, ömrüntumurcuqvədəsi... Bu, necə ola
bilər axı?
Neçə illər idi ki, amansız epilepsiya xəstəliyindən
əziyyət çəkirdi,
bir neçə dəfə əməliyyat
da olunmuşdu. Həkimlər
hər şeyin yaxşılığa doğru
getdiyini deyirdilər...
Bir evin işığı, bir ailənin ümid çiçəyi,
bir ananın sevinci, bir atanın
and yeri, bir nəslin söykənəcəyi,
bir əminin iftixarı, bir dayının qüruru, bir babanın fərəhi...
Adamı ən çox ağrıdan, göynədən
də odu ki, bütün varlığı, canı-qanı
ilə bağlı olduğu bir sənətə yiyələnəndən
sonra elə ilk addımda, başlanğıcda
da hər şeyə nöqtə qoyub dayanasan.
Ürkək baxışlarla yolunu
gözləyən bir
qızın göz yaşları… Toy sədası
həsrətində olan
bir həyətdə çalınmayan “Vağzalı”...
Dünyanın faniliyinə, həyatın
vəfasızlığına necə yanıb-yaxılmayasan?
Evdəki kiçik emalatxanada hazırladığı eskizlər,
yarımçıq heykəllər,
onun əllərinin izlərini yaşadan neçə-neçə yaradıcılıq
məhsulları sahibsiz
qalıb. Kim bilir,
o, bunların üzərində
hansı arzu, hansı istəklə işləyirdi?
Öz tişəsi
ilə dünyanın
gözəlliklərini daşa
çevirmək arzusu
ilə yaşayan heykəltəraş-rəssam özü
necə heykələ,
daşa çevrilə
bilər?
Azadın heykəltəraşlığa o qədər böyük sevgisi, o qədər böyük həvəsi var idi ki,
elə bil bu həvəsin, istəyin çoxluğu onun özünü də heykələ çevirdi. Heç vaxt unudulmayacaq,
heç vaxt yaddaşlardan, xatirələrdən
silinməyəcək və
həmişə ürəklərdə
yaşayan əbədiyyət
heykəlinə.
Xatirələr həmişə isti, kövrək və əzizdir. Həm də sızıltılı
və göynərtili...
Süleyman QARADAĞLI
Mədəniyyət.- 2020.- 4
sentyabr.- S.5.