Dəhri-dunun bu, Şəfai,
daimi qanunudur...
XX əsr Azərbaycan ədəbiyyatında qəzəl janrının ən parlaq nümayəndəsi hesab edilən Əliağa Vahid ilə bir dövrdə Bakı və ətraf kəndlərində yaşayıb-yaratmış bir çox istedadlı şairlər olub. Bakı kəndlərinin bir çoxunda, xüsusilə də Maştağa, Buzovna və Nardaranda mütəmadi olaraq şeir və musiqi məclislərinin qurulması, şairlərin zəngin irsi buna əyanı sübutdur. Bu günə kimi onlardan bir çoxunun şeirləri işıq üzü görüb, yaradıcılıqları geniş kütləyə təqdim edilib.
Bakı ədəbi mühitinin tanınan nümayəndələrindən olan Məhəmmədəli Şəfai 1890-cı ildə dünyaya göz açıb. İlk təhsilini mollaxanada alıb, ərəb və fars dillərini öyrənib, sonralar bu dillərdə də şeirlər yazıb. Eyni zamanda müəllimi Əliməhəmməd Fənadan klassik şeirin sirlərini mənimsəyib, Nizami, Xaqani, Rumi, Xəyyam, Füzuli və başqa şairləri mütaliə edib. Azərbaycan, fars və ərəb dillərində şeirlər yazan M.Şəfai Hafiz, Sədinin əsərlərini dilimizə çevirib. Şəfai müasirləri arasında daha çox Abdulla Şaiq, Məmməd Səid Ordubadi, Əliağa Vahid, Səməd Vurğun və Süleyman Rüstəmlə dostluq əlaqələri qurub.
Öz dövründə Bakı ədəbi mühitində savadlı, təbi rəvan şair kimi tanınan, şeirə, ədəbiyyata gələn gənclərə müəllimlik edən şairin yaradıcılığında qəzəl janrı əsas yer tutsa da, onun qələmə aldığı mərsiyələr, satiralar da maraqla qarşılanıb. Məclislərdə oxunan mərsiyələri, qəzetlərdə çap olunan kəskin satiraları onun tanınmasına, məşhurlaşmasına səbəb olub. Bundan başqa, şairin başqa şairlərə yazdığı nəzirələr, xüsusən də təxmislər, həmçinin Hafizdən, Sədidən, Xəyyamdan etdiyi tərcümələr də təqdirəlayiqdir. Bütün bunlar Şəfai yaradıcılığının hərtərəfli, çoxşaxəli olduğunu və onun bir şair kimi püxtələşdiyini açıqlayır.
Şairin qəzəllərində bu gün dillərdə aforizmləşmiş fəlsəfi fikirlərə çox rast gəlirik:
Dəhri-dununbu, Şəfai, daimiqanunudur,
Hər çətinasanolur, əmma çətinasanolur!
Şəfaininsatirik şeirləridaimhaqqı, ədalətitələbetmiş, neqativhallarınifşaolunmasınaxidmətedib. Hətta “Qapazlanantarazi” (“Abşeronkolxozçusu” qəzeti) şeirinə görə şairhəbsdə olunub.
ŞairinoğluFüzuliAxundzadə ilə əlaqə saxlayıbatası ilə bağlı xatirələrini öyrəndik. Diqqətə görə təşəkkürünü ifadə edənF.Axundzadə vurğuladı ki, atası yarıməsrdən çoxmüddətdirki, dünyasını dəyişsə də, onunyaradıcılığı daimyaşayır: “Bir övlad üçünataənmüqəddəsvarlıqdırvə o, bizə həmişə yaxşı ataolub. Bilirsinizki, o özdövrününqəbuledilən şairlərindənidi. Nizamivə Füzuliyaradıcılığını əzbərbilirdi. Özü deyərdiki, mənərəbdilinimükəmməl, farsdiliniisə farsadərsdeyənqədərbilirəm. Çoxlumütaliə edərdi. Həyatı AzərbaycanXalqCümhuriyyətinin yaranması ilə sıxbağlı olduğu üçünsovethakimiyyətiqurulduqdansonrabir çoxtəqibvə təzyiqlərə məruzqalmışdı, birneçə dəfə həbsedilmişdi. 1949-cuildə atam 5 ilmüddətində həbsedilirvə 1953-cü ildə, Stalinvəfatedəndənsonraəfvedilir. Lakingördüyü ədalətsizlik ömrününsonunaqədəronusıxırdı. Bunabaxmayaraq, qayıtdıqdansonrabizimtəhlükəsizliyimiz üçünbumövzulardaheç vaxtdanışmadı. Həbsxanadangətirdiyiyazıları və ondanəvvəlkiarxivinin 70-80 faizinigizlətdi. Ovaxtatamızdankitablarını soruşandadediki, oğlum, o, yazılaragörə sizə əziyyətverə bilərlər. Busəbəbdəngizlətmişəmvə vaxtı gələndə yerinisizə deyəcəyəm. Qismətelə gətirdiki, dünyasını dəyişməzdənikiiləvvəlatamxəstələndivə huşunuitirdivə nə qədər çalışdıqsa, gizlətdiyiarxivininyerini öyrənə bilmədik. Bugünonunəldə qalanqəzəlləriyazdıqlarının 25-30 faizinitəşkiledir”.
Füzuli Axundzadə deyir ki, xanəndələrin repertuarında atasının qəzəlləri geniş yer tutur: “İlk dəfə onun qəzəlini (“Arzu tazə, bu naz edən mahluqalər tazədir”) Xalq artisti, unudulmaz ifaçı Şövkət xanım Ələkbərova “Qatar” muğamında ifa edib. Bu ifa arxivdə də saxlanılır. Kəndimizdəki məclislərin birində atamdan əlyazma şəklində alaraq repertuarına daxil edib. Sağlığında qəzəllərinin geniş yayılma imkanı olmadı. Sonradan onun yaradıcılığına xanəndələr tərəfindən çox müraciət edilməyə başlandı. Vaxtilə xanəndələr Qədir Rüstəmov, Teymur Mustafayev də atamın qəzəllərini oxumuşdular. Atam rəhmətə gedəndən bir neçə il sonra Xalq şairi Bəxtiyar Vahabzadə onun qəbri üstünə gəlmişdi və onun atam haqqında dəyərli sözləri bu gün də qulaqlarımdadır. Mənim yaddaşımda qalanlardan odur ki, Səməd Vurğun, Bəxtiyar Vahabzadə və başqa şairlər bizim evdə şeir məclislərinə yığışardılar. Yaşım az idi və onların xidmətində dayanar, çay süfrələrinə qulluq edərdim. Şadam ki, bu gün də onun qəzəlləri gənc xanəndələrin diqqətindədir, təşkil olunan muğam məclislərində, müxtəlif konsertlərdə qəzəllərinə geniş yer verilir. Qəsəbəmizin ən böyük küçələrindən biri atamın adını daşıyır”.
Əməkdar incəsənət xadimi Aqil Məlikov Şəfai yaradıcılığı ilə bağlı fikirlərini bölüşərkən onu böyük şair adlandırdı. Bildirdi ki, bir müddətdir Şəfainin qəzəllərini araşdırmağa başlayıb və fəlsəfi, eyni zamanda dövrə uyğun nümunələri diqqətini çəkib: “Şairin özündən sonra yolunu davam etdirən oğlu Namiq Şəfai də atasının yolu ilə getmiş, gözəl nümunələr yarada bilmişdir. Məhəmmədəli Şəfainin yazdığı qəzəllər bir çox xanəndələrin dillərinin əzbəridir və mən özüm də onun yaradıcılığına mütəmadi müraciət edirəm. Onun mükəmməl qəzəllərini oxuyarkən bəsit söz yığnağı olan ədəbiyyata müraciət etməyə ehtiyac qalmır. Misal üçün bir nümunə demək istərdim:
Həllinə hər müşkülün səy eyləsən imkan olur,
Əhli-təmkin ol, darıxma, işlərin səhman olur.
Yüz məşəqqət çəksə bülbül, qış zamanı qış günü,
Tez gəlir
bir gün ki, səhralar baharistan olur.
Nəğmələr icad edib cəh-cəhlə bülbüllər ötər
Gül açar,
gülşən gülər,
tər qönçələr
xəndan olur.
1967-ci ildə dünyasını
dəyişən şairin
1991-ci ildə “Seçilmiş
əsərləri” işıq
üzü görüb. Məhəmmədəli Şəfainin yaradıcılığı
hələ özünün
müfəssəl tədqiqatını
gözləyir. İnanırıq ki, gələcəkdə
Şəfai yaradıcılığı
daha da geniş
tədqiq ediləcək.
Lalə AZƏR
Mədəniyyət.- 2020.- 4
sentyabr.- S.7.