Azərbaycan rok musiqisi: stereotiplər reallıqlar

 

 

Milli rok musiqisinin mövcud vəziyyətinin araşdırılması müzakirəsi məqsədilə sentyabrın 2-də Mədəniyyət üzrə Elmi-Metodiki İxtisasarıtma Mərkəzi (MEMİM) “Rok musiqisi: stereotiplər reallıqlar mübarizəsiadllı vebinar təşkil edib. Vebinarda rok ifaçılarının (qruplarının) əldə etdiyi uğurlar bu sənət sahəsində problemlərdən söz açılıb, ifaçıların təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb.

 

MEMİM-in Metodiki şöbəsinin sektor müdiri Nadir Məmmədovun moderatorluğu ilə keçirilən vebinarda azərbaycanlı rok musiqiçilərinin ifalarından ibarət videoçarx nümayiş olunub.

 

Onlayn görüşə mərkəzin elmi katibi Cavid Əliyev, şöbə müdiri Nurəddin Babazadə, Azərbaycanda fəaliyyət göstərən ifaçılarla yanaşı, xarici ölkələrdən (ABŞ, Rusiya, Niderland) rok musiqisi ilə məşğul olan musiqiçilər də qatılıb.

 

Çıxış edənlər bildiriblər ki, Azərbaycanda rok qruplarının texniki təchizatı ilə təmin olunması və media məkanına konsert, festivalları ilə çıxması olduqca vacibdir. Rok janrı musiqinin özü kimi çox rəngarəngdir.

 

Onu hamıya  bəyəndirmək, fərqli ifa tərzi ilə harmoniyasını tapmaq mümkündür və hər janrın yaşamasına haqqı var. Amma ölkəmizdə rok musiqiçilərinə və bu maraqlı janra subyektiv münasibət hələ də qalmaqdadır.

 

Tədbirin sonunda MEMİM-in direktoru Asif Usubəliyev bildirib ki, rok qrupların yaradıcılığında vətənpərvərlik və dövlətçilik mövzularına müraciət edilməsi məqsədəuyğundur. Ölkəmizdə rok musiqisinin inkişafı və təbliği məqsədilə bu janrda ənənələrə malik xarici qruplarla əlaqə yaratmaq və təcrübə mübadiləsi həyata keçirmək arzuolunandır.

 

LALƏ

 

Mədəniyyət.- 2020.- 4 sentyabr.- S.3.