Şagirdlərin fortepiano dueti beynəlxalq müsabiqədə
birinci olub
Bakı
Şəhər Mədəniyyət
Baş İdarəsi Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri “İsrailin
ümid qapıları”
adlı Beynəlxalq virtual musiqi
festival-müsabiqəsinə (“First İnternational
Musical Virtual Festival Competition İsrael
Gates of Hope”) qatılıblar.
Beynəlxalq müsabiqələr laureatları, IV sinif şagirdləri Gülüstan
Mirzəyeva və Xəlil Mütəllibov İsrail, Avstraliya, Amerika, Rusiya, Ukrayna gənc ifaçılarının qatıldığı
müsabiqədə fortepiano dueti nominasiyasında 14-16 yaş qrupu arasında çıxış
ediblər.
Onların ifaları münsiflər heyəti tərəfindən
yüksək qiymətləndirilib
və 1-ci yerə layiq görülüb.
Müsabiqənin münsiflər heyətində
məşhur musiqiçilər
təmsil olunub.
Mədəniyyət.- 2020.- 4
sentyabr.- S.3.