“Mənim
yay tətilim” müsabiqəsi davam edir
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi,
Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri”
QSC, Xətai Rayon İcra
Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi,
Azərbaycan Dövlət
Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin
təşkilatçılığı ilə “Könüllülər
ili” çərçivəsində
“Mənim yay tətilim – 2020” Respublika uşaq rəsm müsabiqəsi elan edilib.
Ənənəvi müsabiqə rəssamlıq
istedadı olan məktəblilərin yay tətili zamanı diqqəti çəkən
hadisələri tabloda
əks etdirmək bacarıqlarını inkişaf
etdirmək məqsədi
daşıyır.
Müsabiqəyə qeydiyyat oktyabrın 15-dək
aparılacaq. Qeydiyyat üçün www.xsm.az saytında “Mənim yay tətilim-2020” bölümünə
və ya
http://xsm.az/site/menimyaytetilim2020/ linkinə daxil olub 1-2 rəsmin fotosunu daxil etmək lazımdır.
Seçim iki yaş kateqoriyası
üzrə (12 yaşa
qədər, 12-17 yaş)
keçiriləcək. Seçim zamanı
müəllifin yaşı
nəzərə alınmaqla
düzgün kompozisiya,
rəng seçimi və ideya əsas
götürüləcək.
Birinci turdan
keçmiş əsərlərin müəllifləri
sərgidə nümayiş olunmaq üçün Xətai
Sənət Mərkəzinə dəvət olunacaqlar.
Mədəniyyət.- 2020.- 9
sentyabr.- S.3.