Tarix-memarlıq abidəsi olan Hacı Abbas hamamında təmizlik işləri

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Nardaran qəsəbəsində yerli əhəmiyyətli tarix-memarlıq abidəsi olan Hacı Abbas hamamında təmizlik işləri aparılıb. Abidənin içərisi və ətrafı sakinlər tərəfindən atılmış məişət tullantılarından təmizlənib.

 

Dövlət Xidmətindən bildirilib ki, yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülən tikili dəfələrlə zibildən təmizlənsə də, eyni hallar yenidən təkrarlanıb. Bununla bağlı sakinlərə müvafiq müraciətlər də olub. Sakinlər isə yaxınlıqda zibil qutularının olmadığından gileylənirlər. Həmin əraziyə yaxın yerdə zibil qutuları da qoyulacaq.

 

Mədəniyyət.- 2020.- 9 sentyabr.- S.3.