Sosial izolyasiya dövründə kitabxanaların fəaliyyəti

 

 

Respublika Gənclər Kitabxanası Gəncə şəhər MKS və onun tabeliyində fəaliyyət göstərən 16 saylı filialın əməkdaşları ilə “Zoom” proqramı vasitəsilə “Sosial izolyasiya dövründə kitabxanaların fəaliyyəti” mövzusunda birgə tədbir təşkil edib.

 

Onlayn tədbirin əsas məqsədi karantin dövründə kitabxanaların fəaliyyəti ilə bağlı təcrübə mübadiləsi və yeniliklərin müzakirəsi olub.

 

Tədbirdə Respublika Gənclər Kitabxanasının direktor müavini Xalidə MusayevaKarantin dövründə Respublika Gənclər Kitabxanasının fəaliyyətinə baxış”, Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Səadət Şəfiyeva “Virtual sərgilər və videoçarxlar”, Metodikabiblioqrafiya şöbəsinin müdiri Tamella Məmmədova “Elektron məlumat bazaları”, Xarici ədəbiyyat şöbəsinin müdiri Nübar Cəlilova “Xarici dillərdə tərtib edilən virtual kitab sərgiləri və videoçarxlarmövzusunda danışıblar.

 

Gəncə MKS-dən isə şöbə müdirləri İradə AbbasovaPandemiya şəraitində MKS-nin fəaliyyəti”, Səbinə Məmmədova “Pandemiya şəraitində biblioqrafik sorğular”, Gülnaz İsgəndərova “Pandemiya şəraitində MKS-nin yeni layihələri”, 16 nömrəli kitabxana filialının əməkdaşı Mirvari Cəfərova “Sosial izolyasiya dövründə tədbirlərin keçirilməsi” mövzularında çıxışlar ediblər.

 

Mədəniyyət.- 2020.- 9 sentyabr.- S.4.