“Azərbaycan toponimlərinin
transliterasiyası”
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu “Azərbaycan toponimlərinin transliterasiyası” mövzusunda onlayn konfrans keçirib.
Konfransda Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, nazirlik əməkdaşları, Dilçilik İnstitutundan isə elmi işlər üzrə direktor müavini Baba Məhərrəmli və Hind-Avropa dilləri şöbəsinin müdiri, professor İlham Tahirov iştirak ediblər. Konfransda Azərbaycan toponimlərinin rus və ingilis dillərinə transliterasiyası ilə bağlı müzakirələr aparılıb, birgə əməkdaşlığın perspektivləri müəyyənləşdirilib.
S.QALİBOĞLU
Mədəniyyət.- 2020.- 9
sentyabr.- S.4.