Azərbaycan türk fəlsəfəsi
tarixinə dair tədqiqat
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin “Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” monoqrafiyasının ikinci hissəsi çapdan çıxıb. Kitabın elmi redaktoru dosent Zeynəddin Şabanov, rəyçiləri professor Əlikram Tağıyev və dosent Müstəqil Ağayevdir.
AMEA-dan bildirilib ki, nəşrin bu hissəsində XX əsr Azərbaycan türk fəlsəfi fikrinin inkişaf yollarından və onun tanınmış nümayəndələrinin dünyagörüşlərindən bəhs olunur.
Müəllif kitabda Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamət – milli-demokratik və siyasi-fəlsəfi ideya cərəyanları: türkçülük/azərbaycançılıq, müasirlik və islamçılıq, marksizm-leninizm ideologiyası: milli təmayülçülük və beynəlmiləlçilik, milli maarifçilik fəlsəfəsi: realizm və romantizm üzrə təhlil edib.
Hazırda kitabın 3-cü hissəsi nəşrə hazırlanır.
Mədəniyyət.- 2020.- 9
sentyabr.- S.7.