“Digitalart-lab”
layihəsi davam edir
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının
“Digitalart-lab” adlı yeni layihəsi davam edir. Dünyada gedən
sürətli rəqəmsallaşma,
innovasiyaların müxtəlif
sahələrdə tətbiqi
incəsənət sahəsində
də aktuallaşıb.
“Digitalart-lab” Azərbaycanda rəqəmsal
incəsənətə həsr
olunmuş ilk irimiqyaslı
layihədir.
Layihə ölkəmizdə rəqəmsal
incəsənətin formalaşması,
rəssamların bədii
yaradıcılıq axtarışlarını,
onların yaradıcılığındakı
bədii tendensiyaları,
orijinal ideyaları geniş ictimaiyyətə
təqdim etmək məqsədi daşıyır.
“Digitalart-lab” layihəsinin
Mədəniyyət Nazirliyinin
“Gənc rəssamlarla
iş” konsepsiyasına
uyğun şəkildə
həyata keçirilməsi
nəzərdə tutulur. Layihənin bir
neçə mərhələdə
reallaşması planlaşdırılır.
İlkin
mərhələdə bu
sahədə fəaliyyət
göstərən rəssamların
əsərlərinə baxış
keçiriləcək. Sonrakı mərhələdə ekspertlər
tərəfindən seçilən
iştirakçılara digital sahədə çalışan
rəssam Natiq Kamal və digər
mütəxəssislər tərəfindən
onlayn treninq və seminarlar təşkil olunacaq.
Növbəti mərhələdə sənət mübadiləsi
və layihənin nəticəsi olaraq virtual
sərgi, iştirakçılara
sertifikatların verilməsi
nəzərdə tutulur.
Layihədə iştirak
etmək istəyənlər portfoliolarını sentyabrın
30-dək “Digitalart-lab”
başlığı ilə qalereyanın e-mail
ünvanına (resmqalereya@gmail.com) göndərə bilərlər.
Seçilmiş namizədlərin
adları oktyabr ayının əvvəlində
elan olunacaq.
Mədəniyyət.- 2020.- 16
sentyabr.- S.4.