Əmircan qəsəbəsində Murtuza Muxtarov adına park istifadəyə verilib

 

Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Murtuza Muxtarov adına park istifadəyə verilib. Prezident İlham Əliyev parkın açılışında iştirak edib.

 

Dövlətimizin başçısı məşhur neft milyonçusu və görkəmli mesenat Murtuza Muxtarovun parkdakı büstünün önünə gül dəstəsi qoyub.

 

Prezidentə parkda görülən işlər və yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, qəsəbənin Cabir Əliyev küçəsində yerləşən keçmiş “7 qoç” parkı 1992-ci ildə salınıb. Uzun illər parkın ərazisində heç bir təmir işləri görülməyib. Qəsəbə sakinlərinin müraciəti nəzərə alınaraq parka əslən Əmircandan olan, XIX əsrdə ilk qazma avadanlığı zavodu açanqazma dəzgahı ixtira edən xeyriyyəçi Murtuza Muxtarovun adı verilib, burada onun büstü qoyulub.

 

Heydər Əliyev Fondunun dəstəyi ilə iki ay ərzində burada genişmiqyaslı abadlıq işləri aparılıb, gözəl və müasir park yaradılıb.

 

Mədəniyyət.- 2020.- 16 sentyabr.- S.2.