Bölgələrdə mədəni həyat – virtualreal fəaliyyət

 

Son bir ayda karantin rejimində bir sıra məhdudiyyətlərin aradan qaldırılması ilə şəhər və  rayonlarda bəzi mədəniyyət müəssisələri (muzey, qalereya) nisbətən normal rejiminə qayıtsa da, yerlərdə mədəni həyat hələ də böyük ölçüdə distant fəaliyyət, videokonfranslar, onlayn layihə və virtual təqdimatlarla davam edir.

 

***

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 18 sentyabrMilli Musiqi Günü ilə əlaqədar sərgi açılıb. Sərgidə dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və fəaliyyətini əks etdirən müxtəlif nəşr nümunələri və mərkəzdə fəaliyyət göstərən kurs üzvlərinin əl işləri nümayiş olunur.

 

Regional idarənin əhatə etdiyi Ağdam rayon MKS-nin 2 saylı Quzanlı kənd kitabxanası isə gigiyenik qaydalara əməl olunmaqla səyyar xidmət göstərib.

 

***

 

15 sentyabrBilik Günü də, bu il yerlərdə həmişə olduğundan fərqli şəkildə, koronavirus pandemiyasının doğurduğu məhdudiyyətlər nəzərə alınmaqla qeyd edildi. İsmayıllı Regional Mədəniyyət İdarəsi üzrə Ağsu rayonunun mədəniyyət müəssisələri Bilik Günü münasibətilə müxtəlif layihələr həyata keçiriblər. Mərkəzi kitabxana, Mədəniyyət mərkəzi və klublar müxtəlif videoçarxlar hazırlayaraq sosial şəbəkələr üzərindən paylaşıblar.

 

İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyi ölkəmizin tarixi abidə və tikililəri ilə bağlı videomaterial hazırlayıb. Videomaterialda Şirvanşahlar sarayı, Qız qalası, Ramana, Mərdəkan, Cavanşir (İsmayıllı rayonunda) və başqa qalalar haqqında məlumat verilib.

 

***

 

Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş rayon MKS-də “Kitabxanalarda görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda videokonfrans keçirilib. MKS-nin direktoru Seyfəddin Feyzullayev pandemiya dövründə Ağdaş rayon kitabxanalarında görülmüş işlərdən danışıb.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzi Şamaxı rayon Heydər Əliyev Mərkəzi ilə birgə “Bir eksponatın tarixçəsi” mövzusunda onlayn tədbir keçirib. Hər iki mərkəzin direktorları Könül Rəhimova və Könül Eyvazova mövzu ilə bağlı çıxış ediblər.

 

Zərdab rayon MKS-nin Dəkkəoba kənd kitabxana filialında Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyi münasibətilə müəllifin “Ataoğul” hekayəsinin qiraəti təşkil edilib. Kitabxana filialının müdiri Zəridə Məmmədova Haqverdiyevin yaradıcılığı haqqında məlumat verib. Sonra fəal oxucu Nurlan Məmmədli “Ataoğul” hekayəsini ucadan oxuyub.

 

***

 

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər MKS-nin 9 nömrəli şəhər kitabxana filialı Yeni Azərbaycan Partiyasının əməkdaşları ilə birlikdə “Vətənpərvərlik ən ülvi hissdir” adlı onlayn tədbir keçirib. Tədbirdə çıxış edənlər hərbi-vətənpərvərliyin təbliği, bu sahədə həyata keçirilən layihələrin əhəmiyyəti barədə müzakirə aparıblar.

 

***

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin 95 illiyi ilə əlaqədar onlayn tədbir keçirilib. Oxuculara xidmət şöbəsinin bölmə müdiri Zəmirə İskəndərova çıxış edib. Fəal oxucular şairin məşhur şeirlərindən nümunələr söyləyiblər.

 

***

 

Biləsuvar Regional Mədəniyyət İdarəsi Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Beynəlxalq sülh aylığı” (21 avqust – 21 sentyabr) çərçivəsində “Müstəqil dil siyasətində ulu öndərin imzası” mövzusunda onlayn konfrans keçirilib. Tədbirdə ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinə olan böyük sevgisindən, diqqət və qayğısından söz açılıb.

 

***

 

Şəki Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə “Mәdәni irsin qorunması, sәmәrәli idarә edilməsi və təbliği” mövzusunda silsilə tədbirlərdən ibarət layihəyə start verilib. Layihə üzrə regionun gənc mədəniyyət işçiləri ilə birlikdə UNESCO-nun müxtəlif siyahılarında yer alan maddiqeyri-maddi mədəni irsimiz olan Şəki Xan sarayı, muğam sənəti və kəlağayı mövzusunda vebinar təşkil olunub. Regional idarənin məsləhətçisi Elvin Qarayev, baş məsləhətçi Fizzə Mahmudova və gənc mədəniyyət işçiləri çıxış ediblər. Sonda Şəki şəhər 3 nömrəli Musiqi məktəbi müəllimlərinin ifasında muğamlarımızdan hissələr səsləndirilib.

 

Zaqatala rayon Heydər Əliyev Mərkəzi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə gənclər arasında sağlam həyat tərzi ilə bağlı maarifləndirici videokonfrans təşkil edilib. Tədbir “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”na uyğun olaraq keçirilib.

 

Oğuz rayon MKS-nin Baş Daşağıl kənd kitabxana filialında “Silahsız ölümmövzusunda videokonfrans keçirilib. Oğuz MKS-nin 3 nömrəli Muxas kənd kitabxana filialı Milli Musiqi GünüÜzeyir Hacıbəylinin 135 illiyi ilə əlaqədar informasiya saatı təşkil edib.

 

Qax rayon MKS-nin C.Cabbarlı adına Mərkəzi kitabxanasının təşkilatçılığı ilə görkəmli kinorejissor, Xalq artisti Həsən Seyidbəylinin 100 illiyi münasibətilə videokonfrans təşkil olunub. MKS-nin direktor müavini Ahidə Əfəndiyevanın “Həyatı yazan, yazdığını ekranlaşdıran sənətkar” adlı məruzəsi dinlənilib. Ağçay kənd kitabxanasının əməkdaşı Sevinc Abakarova müəllifin “Cəbhədən cəbhəyə” romanı haqqında məlumat verib. 4 saylı şəhər kitabxanasının müdiri Yasəmən Muradova Həsən Seyidbəylinin rejissorluq yaradıcılığından bəhs edib.

 

***

 

Lənkəran Regional Mədəniyyət İdarəsi Astara rayon Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatı, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda videokonfrans keçirilib.

 

***

 

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Bilik Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda videokonfrans keçirilib. Çıxışlarda ulu öndərin təhsil siyasətindən, son illər ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar və dövlət proqramlarından söhbət açılıb.

 

Masallı Regional Mədəniyyət İdarəsinin cari fəaliyyətinə həsr olunmuş növbəti videokonfransda idarənin rəisi Lətifə Mövsümova çıxış edib. Qeyd olunub ki, müəssisələrdə fəaliyyət mövcud vəziyyətə uyğun qurulmalı, o cümlədən videoçarxların və digər onlayn materialların hazırlanması davam etdirilməlidir.

 

***

 

Gəncə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Kəlbəcər rayon MKS görkəmli yazıçı, ədəbiyyatşünas, professor Əzizə Cəfərzadəyə (1921-2003) həsr olunmuş “Aləmdə səsim var mənim” başlığı altında onlayn tədbir keçirib. MKS-nin direktoru Sadiqə Quliyeva, Sarıdaş kənd kitabxanasının kitabxanaçısı Hicran Həmidova yazıçının yaradıcılığından danışıblar.

 

Gəncə şəhər Heydər Əliyev Mərkəzi “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda onlayn tədbir keçirib. Tədbirdə ümummilli liderin ölkəmizdə təhsil sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs olunub.

 

Gəncə şəhər Uşaq kitabxanasının əməkdaşı Nərmin Həsənova “Tarixi qəhrəmanlar” layihəsi çərçivəsində, şəhər  MKS-nin 2 saylı filialı “Milli musiqi həftəsi” layihəsi çərçivəsində onlayn görüşlər, şəhər MKS-nin 7 saylı filialı isə yazıçı-dramaturq Nəriman Nərimanovun 150 illiyi münasibətilə müəllifin “Nadir şah” əsərinin müzakirəsini keçirib.

 

Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Azərbaycan Milli Xalça Muzeyiregionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı və Gəncə şəhər Mərkəzi kitabxanasının dəstəyi ilə “Azərbaycan və Ukrayna arasında dostluq və mədəni əlaqələr mövzusundavideokonfrans təşkil edilib.

 

Samux rayon MKS-nin Uşaq şöbəsinin təşəbbüsü ilə keçirilən onlayn tədbir tanınmış şair Abbas Səhhətə (1874-1918) həsr olunub. Şöbənin müdiri Venera Məmmədova şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Şairin ömür yolu barədə videoçarx nümayiş olunub.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon Heydər Əliyev Mərkəzi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bilik Günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanda təhsil siyasəti” mövzusunda videokonfrans keçirilib.

 

Tovuz rayon Düzqırıqlı kənd Uşaq musiqi məktəbində pedaqoji şuranın onlayn formatda iclası keçirilib. Məktəbin direktoru Akif Qarayev yeni tədris ilinin başlaması münasibətilə kollektivi təbrik edib.

 

Ağstafa rayon Mədəniyyət Mərkəzinin filialı olan Həsənsu kənd Folklor klubuAğstafa MKS-nin Həsənsu kənd 2 saylı kitabxana filialının əməkdaşları Alı Mustafayev adına Həsənsu kənd tam orta məktəbi şagirdlərinin iştirakı ilə Bilik Gününə həsr olunmuş onlayn tədbir təşkil ediblər.

 

Nurəddin MƏMMƏDLİ

 

 

Mədəniyyət.- 2020.- 16 sentyabr.- S.4.